SON XƏBƏRLƏR

İranın Qəmsər şəhərinin keçmiş imam cüməsi koronavirusdan ölüb

2021.10.20, 07:36
İranın Qəmsər şəhərinin keçmiş imam cüməsi koronavirusdan ölüb

Gunaz.tv

GünazTV: İranın Qəmsər şəhərinin keçmiş imam cüməsi və Kaşanın Azad İslam Universitetinin elmi heyətinin üzvü axund Əbülqasim Erəmi koronavirusdan ölüb.

 

İran hökumət saytlarının yaydığı xəbərə əsasən, bundan əvvəl, Qəmsər şəhərindən başqa, həm də Meymə, Vəzvan və Flavercan şəhərinin imam cüməsi vəzifəsində işləmiş axund Əbülqasim Erəmi, martın 15-i axşam saatlarında Kaşanın “Şəhid Beheşti” xəstəxanasında keçinib.

 

Axundun konkret nə vaxt və necə koronavirusa yoluxduğu barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur, martın 17-də mediaya açıqlamasında ölkədə koronavirus qurbanlarının sayı barədə yeni statiskanı açıqlayıb.

 

Ötən bir sutka ərzində ölkədə daha 135 nəfərin “Covid-19” virusundan öldüyünü bildirən Cahanpur deyib ki, İranda koronavirusdan ölənlərin sayı 988 nəfərə, yoluxanların sayı isə 16169 nəfərə yüksəlib

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar