SON XƏBƏRLƏR

İranın Qeşm adasında gecə qonaqlığına qatılan daha 33 qız və oğlan həbs edilib

2021.10.20, 07:36
İranın Qeşm adasında gecə qonaqlığına qatılan daha 33 qız və oğlan həbs edilib

Gunaz.tv

GünazTV: İranın cənub sularında yerləşən Qeşm adasında gecə qonaqlığına qatılan və birlikdə şənlik edərək rəqs məclisində iştirak edən daha 33 qız və oğlan həbs edilib.

 

Bu barədə, Qeşm adasındakı yerli “Sepah” komandanı Məhəmməd Saları sentyabrın 1-də jurnalistlərə açıqlama verib.

 

O deyib ki, adada bir qrup gəncin qanunsuz olaraq bir evdə toplaşaraq şənlik mərasimi keçirməsi barədə onlara məlumat daxil olan kimi, yerli “Sepah” və hüquq-mühafizə qüvvələri birgə əməliyyat keçiriblər: “Əməkdaşlarımız gecə saatlarında həmin evə daxil olarkən 23 oğlan və 10 qızın içkili vəziyyətdə rəqs etdiklərini, islam dəyərlərinə zidd rəftar və hərəkətlərinin şahidi olublar. Tutulanlar polis bölməsinə aparılıb və hazırda dindirilirlər.

 

Bir daha bildiririk ki, biz ölkəyə hakim əxlaqi, dini və qanuni dəyərləri pozanlara qarşı sərt tədbirlər görəcək, bu kimi şəxsləri məsuliyyətə cəlb edəcəyik. Hesab edirik ki, valideynlər öz övladlarına və onların rəftar və hərəkətlərinə nəzarəti gücləndirməlidirlər” –deyə Qeşm adasının “Sepah” komandanı Məhəmməd Salari əlavə edib.

 

 

Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə qədər, İranın müxtəlif şəhər və bölgələrində polis qüvvələrinin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda 1985 nəfərə yaxın qız və oğlan həbs edilib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar