SON XƏBƏRLƏR

İranın qəzaya uğramış neft tankeri batdı, 32 dənizçinin öldüyü təsdiqləndi

2021.10.20, 07:36
İranın qəzaya uğramış neft tankeri batdı, 32 dənizçinin öldüyü təsdiqləndi

Gunaz.tv

GünAzTV: 8 gün əvvəl Çinin şərq sahilləri yaxınlığında qəzaya uğrayaraq aolvlanan İranın neft gəmisi batıb. Hadisədə itkin düşdüyü bildirilən 30 İran və 2 Banqladeş vətəndaşının öldüyü təsdiqlənib.

 

İranın Limanlar və Dənizçilik Təşkilatının rəisi Məhəmməd Rastad yanvarın 14-də jurnalistlərə açıqlamasında neft tankerinin 8 gün yandıqdan sonra batdığını təsdiqləyib: “Təəssüflər olsun ki, “Sançi” neft tankerindən əsər-əlamət qalmayıb. Gəmi artıq tamamilə batıb və beləliklə də gəmidə olan digər meyitlərin tapılması daha da çətinləşib. Bundan əvvəl dənizçilərdən 3-ünün meyiti tapılmışdı. Lakin gəminin batmasından sonra qalan 29 dənizçinin meyitinin tapılması demək olar ki, qeyri-mümkün görünür. Tapılan 3 meyitin də kimliyi hələlik bəlli deyil.

 

Toqquşma zamanı gəmidə baş verən yanğın nəticəsində, zəhərli qazların yayılması və bir neçə partlayış, dənizçilərin ölümünə səbəb olub”.

 

 

Qeyd edək ki, hadisə, yanvarın 6-da Çinin şərq sahilləri yaxınlığında baş verib.  İranın neft tankeri Çinin yük gəmisi ilə toqquşub. Nəticəsdə tankerdə olan 32 nəfər heyət üzvü itkin düşmüşdü. Onlardan 30-u İran, 2-si isə Banqladeş vətəndaşlarıdır.

 

İranın Xark adasından istiqamət götürən tanker, Panama bayrağı altında üzərək 60 milyon dollar dəyərində olan 136 min ton nefti Cənubi Koreyaya  daşıyırmış. Çinin yük gəmisində olan 21 nəfər xilas edilib. İran hökuməti baş vermiş hadisəyə görə, yanvarın 15-ni ölkədə matəm günü elan edib.

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar