Qərbi Azərbaycanın İranın quru sərhədlərdən ixracatının həcmi açıqlanıb

2021-06-10 13:40

İranın quru sərhədlərdən idxalat və ixracatının 64%-i Qərbi Azərbaycan əyalətindən keçir. Bu barədə Qərbi Azərbaycan əyalətinin Yol və Nəqliyyat İdarəsinin baş direktoru Arsalan Şükri açıqlama verib.

Gunaz.tv Quote | Gunaz article

Arsalan Şükri əyalətdə mövcud olan 9 beynəlxalq sərhəd keçid məntəqəsindən 6-nın quru sərhəd-keçid məntəqəsi olduğuna diqqət çəkib.

Onun sözlərinə görə, ölkə üzrə fəal quru gömrük əməliyyatlarının 23%-i buradan aparılır.

Arsalan Şükri il ərzində bu gömrük məntəqələrindən, özəlliklə Bazərqan gömrüyündən 1 milyon 500 min ton tranzit malın daşındığını bildirib. 

O, Bazərqan gömrüyünün bu sahədə ölkə üzrə 3-cü yeri tutduğunu qeyd edib.

Qərbi Azərbaycan əyalətinin ölkənin ümumi quru yolları ilə daşımaçılıq sektorunda payının 5% olduğuna toxunan Arsalan Şükri deyib ki, əyalət üzrə  10 min sürücü ilə 2700-dən çox sərnişin daşıma vəsaiti, 33 min sürücü ilə 27 min yük nəqliyyat vasitəsi mövcuddur.

Qeyd edək ki, Qərbi Azərbaycan əyaləti 12 min kilometr yola, Azərbaycan Respublikası, Türkiyə və İraqla yüzlərlə kilometr sərhəddə malikdir və İranın beynəlxalq mal tranziti sahəsində ciddi rol oynayır.

Türkiyə ilə sərhəddə Urmunun Sərv, Xoyun Razi, Makının Bazərqan, Naxçıvanla sınırda Poldəştin Sənəm bulağı, İraqla isə Piranşəhrin Təmərçin gömrük keçid məntəqələri əyalətin əsas beynəlxalq gömrükləri sayılır.


C.E     
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanda "ağ ölüm" tüğyan edir: Ötən il narkotikdən ölənlərin sayı açıqlanıb

2021-06-24

gun az article

Tehranda Bağır xanın adı metro stansiyası üzərindən götürüldü

2021-06-24

gun az article

Urmu gölündə suyun səviyyəsi 57 santimetr azalıb

2021-06-24

gun az article

Ərdəbilin Yamçı su anbarının 70 faizi boşdur

2021-06-24

gun az article

Təbrizdə bir neçə yerdə yanğın baş verib-VİDEO

2021-06-24

gun az article

Marağada bəxbəxt hadisə: Hündürlükdən yıxılan işçi xəstəxanada öldü

2021-06-24

gun az article

Sulduzda avtobus qəzasında yaralanan jurnalist: “Açıq desinlər ki, sizi öldürmək planımız var idi"- VİDEO

2021-06-24

gun az article

Həsən Dəmirçinin anım günüdür: Böyük maarifçi ziyalının ölümündən 3 il ötür

2021-06-24

gun az article

Sulduzda dəhşətli qəza: Jurnalistləri daşıyan avtobus dərəyə aşıb, ölən və yaralanan var-FOTO

2021-06-24

gun az article

Əsəri Avropada qızıl medal alan, çayda boğulan təbrizli yazıçı- Anım günüdür-VİDEO

2021-06-24

gun az article

GünazTV June.23.2021-Görüş: İranda prezident seçkilərinin nəticəsi, Batı Azərbaycanda birliyimizin hərakatımıza təsiri

2021-06-24

gun az article

"Amnesty International"dan xəbərdarlıq: İranda 20 yaşlı gənc yaxın günlərdə edam ediləcək

2021-06-23

gun az article

Həmədanda COVİD-19-a yoluxma sayı yenidən artıb

2021-06-23

gun az article

Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23

gun az article

Səreyinin tarixi Kanzaq kompleksi baxımsız qalıb: Abidənin bərpasına pul ayrılmır

2021-06-23

gun az article

Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23

gun az article

İranın Atom Enerjisi Təşkilatının binasına hücum olub

2021-06-23

gun az article

Zənganın Əbhər şəhərində azərbaycanlı gənc həbs edilib

2021-06-23

gun az article

Kürdlər Urmuda siyasi aksiya keçirməyə çağırış edib

2021-06-23

gun az article

İranın “Bərəkət” dərman kompleksinə dron hücumu olub-FOTO

2021-06-23