SON XƏBƏRLƏR

İranın qurumlarından biri Türkiyəyə Suriya ilə bağlı xəbərdarlıq edib

2021.10.20, 07:36
İranın qurumlarından biri Türkiyəyə Suriya ilə bağlı xəbərdarlıq edib

Gunaz.tv

GünAz TV: "İranın Suriyada Hərbi Müşavirliyi" adlanan mərkəz Türkiyə Cumhuriyyətinə xəbərdarlıq edib.

 

Mərkəz yaydığı bəyanatda Türkiyəyə İdlibdə həyata keçirdiyi hərbi əməliyyatları dayandırmnaqla bağlı xəbərdarlıq edib.

 

Xatırladaq ki, şənbə günü Türkiyə ordusu İdlibdə və ətraf bölgələrdə Əsəd rejiminin, eləcə də İran və ona bağlı Hizbullah kimi terror təşkilatlarının mövqelərinə zərbələr endirmişdi. Bu hücum Əsəd aviasiyasının 33 türk hərbçini şəhid etməsinə cavab olaraq həyata keçirilmişdi.

 

Bəyanatda qeyd edilir ki, Türkiyə ordusu hələ də İranın Suriyada mövqeləri, bazaları və mərkəzlərini ağır artileriya atəşinə tutur. Mərkəz iddia edir ki, onlara cümə günü "Türkiyə ordusuna hücum etməməklə bağlı göstəriş verilib və onlar da bu təlimata əməl edirlər".

 

Mərkəz hər an türkiyəli hərbçilərə hücum etmək iqtidarında olduqlarını, yalnız komandanlarının göstərişlərinə tabe olaraq, "təmkin" nümayiş etdirdiklərini deyir. Mərkəz bəyanatda hücum nəticəsində ölən və yaralananların sayını isə açıqlamayıb.

 

Qeyd etmək lazımdır ki, "İranın Suriyada Hərbi Müşavirliyi" adlı mərkəzin bu günə qədər adı heç vaxt mediada səsləndirilməyib. Bu, sözügedən mərkəzin Suriya müharibəsi ərzində yaydığı ilk bəyanat hesab edilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar