SON XƏBƏRLƏR

İranın Rəşt, Urmiya və Təbriz şəhərlərində daha 5 nəfər edam edilib

2021.10.20, 07:36
İranın Rəşt, Urmiya və Təbriz şəhərlərində daha 5 nəfər edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 5 nəfər edam edilib. Edamlar Rəşt, Urmiya və Təbriz şəhərlərində həyata keçirilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, qətldə təqsirli bilinən məhkumlardan 3-ü noyabrın 10-u sübh saatlarında Rəştin Makan zindanında dara çəkiliblər. Edam edilənlərdən ikisinin adları (Raşid Əfruz və Hüseyn Arastə) mediada işıqlandırılsa da, üçüncü məhkumun adı açıqlanmayıb.

 

Eyni ittihamla daha bir məhkum (Meysəm Qurban Nejad) noyabrın 11-də Urmiya həbsxanasında, 1 məhkum isə (30 yaşlı Məhəmməd Dusti) noyabrın 5-də Təbriz zindanında dar ağacından asılıb. Gənc məhkum bir həftə əvvəl edam olunsa da, bu barədə xəbər yenicə yayılıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar