İranın Rusiyadakı keçmiş səfiri: İran parçalanacaq – VİDEO

2018-09-30 12:09

GünAz TV: İranın Rusiyadakı keçmiş səfiri Nasir Nobəri ölkəsinin parçalana biləcəyi barədə çıxış edib.

 

Keçmiş səfirin çıxışını əks etdirən videoda bölgədə, o cümlədən İraq Kürdistanında gedən proseslərin İranın parçalanmasına zəmin yaratdığına işarə olunub.

 

Amerika Birləşmiş Ştatlarının iqtisadi sanksiyalarının İranın parçalanmasına hesablandığını deyən keçmiş səfir bütün düşərgələri diqqətli olmağa çağırıb. O bildirib ki, “iqtisadi tənəzzül və məişət problemlərinin həlli naminə məlum proseslərə qoşulmaq sonda İranın parçalanması ilə nəticələnəcək.”

 

İranda fars şovinizminin zülmü altında yaşayan millətlərin müstəqillik əldə etməsinə qarşı danışan Nasir Nobəri İranın parçalanması haqda bir neçə dəfə xəbərdarlıq edib.

 

Son vaxtlar İranın parçalanması ilə bağlı açıqlamalara tez-tez rast gəlinir. Bu fikirlər universitet müəllimlərindən tutmuş millət vəkilləri tərəfindən səsləndirilir. Siyasətçilərin əksəriyyəti Güney Azərbaycanda gedən ictimai-siyasi proseslərin sonda türk millətinin müstəqilliyi ilə yekunlaşacağından əndişələnir.

 

Bundan əvvəl Tehranın İran parlamentindəki millət vəkili İlyas Həzrəti bu barədə bildirmişdir ki, “azərbaycanlıların maksimum tələbləri ölkə Konstitusiyasına uyğun olaraq məktəblərdə ana dilinin tədrisi ilə bağlıdır. Onlar konstitusiyada olmayan bir tələb irəli sürmür, sadəcə 15 və 19-cu maddənin icrasını tələb edirlər. Bu tələb təmin olunmasa, Azərbaycanın gələcəyi qeyri-müəyyən olacaq.”

 

Tehran Universitetinin siyasi elmlər üzrə professoru, islahatçılar düşərgəsinə yaxın məşhur politoloq Sadiq Zibakəlam da İranda mərkəzi hökumətin süquta uğramasından nigaran olduğunu bildirmişdir. O qeyd etmişdir ki, “Allah eləməsin, Tehranda mərkəzi hökumət süqut edərsə, bu dəfə yalnız kürd məsələsi deyil, Azərbaycanda da problem yaşanacaq. Ona görə ki, orada millətçilik düşəncəsi geniş şəkildə yayılıb...”

 

Tehran Universitetinin müəllimi İlahə Kolayi isə İrandakı siyasi-iqtisadi vəziyyəti keçmiş Sovet İttifaqının son illəri ilə müqayisə edərək İranın Sovet İttifaqı kimi dağılacağını bildirmişdir.

 

Video:

https://www.youtube.com/watch?time_continue=19&v=pPYIaxKW6Zs

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Milli fəal Əli Vasiqi Ərdəbil həbsxanasına geri dğnüb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17

gun az article

Milli fəal Davud Şiri məhkəməyə çağrılıb

2021-05-17

gun az article

Güney Azərbaycanda mədən işçiləri tətilə başladı

2021-05-17

gun az article

Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

2021-05-17

gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15