İranın sabiq "Sepah" komandanına məxsus xəbər agentliyindən Ermənistanın son təxribatına açıq-aşkar dəstək

2020-07-15 16:39

"Sepah"ın sabiq komandanı Möhsün Rzayinin kurasiyasında olan "Tabnak" informasiya agentliyi Dağlıq Qarabağın etnik kimiliyini saxtalaşdıraraq, açıq-aşkar işğalçı Ermənistana dəstək nümayiş etdirir.

Gunaz.tv Quote | Gunaz article

Agentlik "Azərbaycan Respublikası ilə Ermənistan sərhədində vəziyyətin gərginləşməsi" başlığı ilə birtərəfli yaydığı xəbərdə işğalçı İrəvan rejiminin tərəfini tutaraq, Azərbaycan və Türkiyəni Tovuz rayonunda baş verənlərə görə məsuliyyət daşıyan tərəflər kimi göstərməyə çalışıb. 


"Tabnak" xəbərin sonunda Qarabağın etnik kimiliyini də dəyişməyə cəhd göstərərək yazıb:

 

11-ci əsrin əvvəllərində böyük həcmdə türkdilli xalqlar Qafqaza köç ediblər. Onlar bundan sonra regionun ermənilər və gürcülər kimi bir çox xalqlarını məhsuldar torpaqlardan çıxardılar. Bununla da, ermənilərin həmin məhsuldar düzənlik bölgələrində sayı əhəmiyyətli dərəcədə azaldı və onlar daha çox dağlıq bölgələrə köçdülər."


Möhsün Rzayiyə məxsus agentliyin təhriflərindən fərqli olaraq, tarixi reallıqlar budur ki, Qacar- Çar Rusiyası müharibələrində qaçarların məğlub olmasından sonra ruslar dünyanın bir neçə ölkəsindən erməniləri gətirərək, Azərbaycan torpaqlarında yerləşdirməyə, bununla da özlərinə "5-ci kalon" yaratmağa başladılar. 


Ruslar bu addımlarla həmçinin Azərbaycan və Türkiyə arasında "bufer zona" yaratmaq məqsədini də güdürdülər. Hansı ki, bu gün bunu İran rejimi Qərbi Azərbaycan əyalətində kürdləri məskunlaşdırmaqla təkrar etməyə cəhd göstərir. 


Bundan öncə isə İran Dövlət Televiziyasının aparıcısı da xəbərlər proqramında Dağlıq Qarabağı "erməni torpağı" adlandırmışdı. 


Xatırladaq ki, Möhsün Rzayi hazırda İranın Ali Məsləhət Şurası kimi mühüm qurumunun katibi vəzifəsini tutur. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Sepah”ın Suriyada həlak olmuş daha 2 əfqan muzdlusunun cənazəsi ölkəyə gətirilib

2020-08-14

gun az article

Kirman əyalətində koronavirusa yoluxanların sayı 583 nəfərə çatıb, 12 nəfər vəfat edib

2020-08-14

gun az article

Mayk Pompeo: “Orta Şərq yekdilliklə İrana qarşı silah embarqosunun müddətinin uzadılmasını tələb edir”

2020-08-14

gun az article

İran BƏƏ ilə İsrail arasında əldə edilmiş tarixi razılaşmanı pisləyib

2020-08-14

gun az article

Amerika Venesuelaya benzin daşıyan 4 İran tankerini saxlayıb

2020-08-14

gun az article

Zərif Beyruta rəsmi səfər edib

2020-08-14

gun az article

GünazTV Aug.13.2020: Joe Biden Kamala Harrisi öz müavini seçdi

2020-08-13

gun az article

GünazTV Aug.13.2020: “Amerikadakı məktəblərə 125 milyon maska göndərilir.”

2020-08-13

gun az article

İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri Ermənistan səfiri ilə görüşüb

2020-08-13

gun az article

Buşehr əyalətində koronavirusa yoluxan daha 53 nəfər xəstəxanalara yerləşdirilib

2020-08-13

gun az article

İsrail yeni hava hücumundan müdafiə sistemini uğurla sınaqdan keçirib

2020-08-13

gun az article

Makronla Ruhani Livandakı vəziyyəti müzakirə ediblər

2020-08-13

gun az article

Pompeo Avropanın İrana qarşı silah embarqosununun uzadılmasını dəstəkləyəcəyindən əminlik ifadə edib

2020-08-13

gun az article

İranda daha 174 nəfər koronavirusdan ölüb, 2625 nəfər xəstəliyə yoluxub

2020-08-13

gun az article

İran beynəxalq sularda Liberiya bayrağı ilə üzən gəmi saxlayıb- VİDEO

2020-08-13

gun az article

İranın neft istehsalı azalmağa davam edir

2020-08-13

gun az article

Tehranda karantin qaydaları uzadılıb

2020-08-13

gun az article

Loristan əyalətində daha 4 ölüm halı ilə “Covid-19”dan ölənlərin sayı 446 nəfərə çatıb

2020-08-13

gun az article

GünazTV Aug.12.2020: Müxalifət namizədi prezident seçkilərində Belarusiyadan qaçdı

2020-08-12

gun az article

GünazTV Aug.12.2020:“Amerika peyvənd dozlarının istehsalı üçün 100 milyon dollarlıq razılaşma imzaladı”

2020-08-12