SON XƏBƏRLƏR

İranın Savə şəhərində saxta spirtdən zəhərlənənlərin sayı 26 nəfərə, ölənlərin sayı isə 3 nəfərə çatıb

2021.10.20, 07:36
İranın Savə şəhərində saxta spirtdən zəhərlənənlərin sayı 26 nəfərə, ölənlərin sayı isə 3 nəfərə çatıb

Gunaz.tv

GünazTV: İranın Savə şəhərində saxta spirtdən zəhərlənənlərin sayı 26 nəfərə, ölənlərin sayı isə 3 nəfərə yüksəlib.

 

Bu barədə, Savənin “Şəhid Müdərris və 17 şəhrivər” adına xəstəxanalar kompleksinin rəisi İlham Fərhadi martın 25-də mediata açıqlama verib.

 

O bildirib ki, son bir ay ərzində Savə şəhərində koronavirusdan qorunmaq məqsədilə spirtli içkilərə üz tutanların sayı getdikcə artıb: “Təəssüflər olsun ki, son bir ayda metanol alkolundan (metil spirtindən) zəhərlənənlərin sayı 26 nəfərə, ölənlərin sayı isə 3 nəfərə yüksəlib. Zəhərlənmə səbəbilə tibb mərkəzlərinə müraciət edənlərdən isə 16-sı böyrəklərindən zədələniblər.

 

Hazırda xəstəxanalarda yatan həmin şəxslərin müalicəsi davam edir. Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, spirtli içkilər koronavirusa yoluxmanın qarşısını almır və insanların “Covid-19” virusundan qorunmaq üçün bu kimi içkilərə üz tutması tamamilə səhv addımdır” -deyə, Savənin “Şəhid Müdərris və 17 şəhrivər” adına xəstəxanalar kompleksinin rəisi İlham Fərhadi əlavə edib.

 

 

 Qeyd edək ki, son həftələr İranın müxtəlif şəhər və əyalətlərində koronavirus infeksiyasından qorunmaq və stressdən qurtulmaq üçün spirtli içkilərə pənah aparanların sayı sürətlə artıb. Nəticədə, minlərlə insan saxta spirtdən zəhərlənərək xəstəxanalara düşüb, yüzlərlə insan isə həyatını itirib.

 

A.M

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar