SON XƏBƏRLƏR

İranın Səhiyyə naziri: "Çoxluq səbəbindən artıq xəstəxanalarda psixoloji problemləri olan şəxsləri müalicə etməyə yerimiz qalmayıb"

2021.10.20, 07:36
İranın Səhiyyə naziri: "Çoxluq səbəbindən artıq xəstəxanalarda psixoloji problemləri olan şəxsləri müalicə etməyə yerimiz qalmayıb"

Gunaz.tv

GünAz TV: İranın Səhiyyə naziri Səidi Nəməki ölkədə psixoloji problemlər və depressiyadan əziyyət çəkən insanların sayının çoxalmasıyla bağlı həyacan təbili çalıb.

 

O, son dövrlər insanların depressiyaya düşmə hallarının çoxaldığını deyib. Nazir qeyd edib ki, bu problemlərlə xəstəxanalara müraciət edənlərin sayı həddən artıq çoxaldığından, artıq onları tibb müəssisələrinə yerləşdirmək üçün yer qalmayıb.

 

Səid Nəməki Dövlət Teleradio Şirkəti, media qurumları və ruhaniləri əhalinin əhval-ruhiyyəsini yüksəltmək üçün addımlar atmağa çağırıb.

 

"Öncədən proflaktiv tədbirlər görülsəydi, hazırda psixoloji problemlərdən əziyyət çəkən insanları müalicə etmək üçün xəstəxanalarda yer problemi ilə üz-üzə qalmazdıq", - deyə nazir fikrini tamamlayıb.

 

Qeyd etmək lazımdır ki, İranda son illər hökm sürən ağır iqtisadi vəziyyət, yoxsulluq, işsizlik və ədalətsizlik səbəbindən insanların xoşbəxtlik səviyyəsi kəskin dərəcədə aşağı düşməkdədir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar