İranın Səhiyyə nazirinin müavinindən Xamneyiyə cavab: "Koronavirusun bioloji müharibə olma ehtimalı yoxdur"

14.03.2020, 14:42

GünAz TV: İranın Səhiyyə nazirinin müavini Rza Məlikzadə koronavirusun Amerika Birləşmiş Ştatları tərəfindən həyata keçirilmiş bioloji müharibə ehtimalı ilə Əli Xamneyinin səsləndirdiyi fikirlərə münasibət bildirib.

 

O bildirib ki, Səhiyyə Nazirliyinin təxminləri virusun təbii olaraq meydana gəlib inkişaf etdiyini göstərir. Rəsminin sözlərinə görə, Amerikanın özünün koronavirusdan çox böyük zərər görəcəyini nəzərə aldıqda, bu ölkənin virus ixrac etməklə bioloji müharibə həyata keçirməyi mümkün deyil.

 

İranın "dini lider"i Əli Xamneyi martın 12-də Silahlı Qüvvələr tərəfindən koronavirusla mübarizə üçün qərargah yaradılmasına göstəriş verərək, virusun meydana gəlməsinin "İrana qarşı həyata keçirilmiş bioloji müharibə" olma ehtimalını irəli sürmüşdü. Lakin o, bununla bağlı heç bir sübut və ya fakt dilə gətirməmişdi.

 

Xamneyiyə cavab verən ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo onu virusun İranda yayılması ilə bağlı yalan danışmaqda ittiham etmiş və xalqa həqiqətləri deməyə çağırmışdı:

 

"Xamneyinin bildiyi kimi, bioloji müdafiənin ən gözəl yolu İran xalqına Vuhan virusunun Çindən İrana necə yayılması barədə həqiqəti deməkdir. Halbuki o, Mahar Air şirkətinin Çinə gediş-gəliş uçuşların dayandırmadı və əvəzində buna qaşı çıxanları da həbs etdirməklə susdurdu", - deyə Pompeo "Twitter"də qeyd etmişdi.

 

Rza Məlikzadə də aparılan araşdırmaların sözügedən epidemiyanın ölkəni cənginə almasının əsas səbəbinin rəsmilərin Çinlə gediş-gəliş uçuşlarını vaxtında dayandırmaması olduğunu göstərdiyini deyib.

 

"Biz dəfələrlə bu məsələni dövlətin iclaslarında qaldırdıq. Lakin uçuşlar dayandırılmadı. Ticari əlaqələr, eləcə də Çində olan çoxlu sayda iranlılar və tələbələri gətirmək üçün həyata keçirilən uçuşlar virusun ölkədə yayılmasına səbəb oldu. Bundan savayı, epidemiyanın ölkədə yayılmasının rəsmən elan edilməsindən öncə bəzi bölgələrdə, xüsusilə Qumda tənəffüs problemləri səbəbindən xəstəxanalara üz tutan xəstələr var idi. Lakin biz onları qrip adı ilə müalicə edirdik", - Məlikzadə əlavə edib.

 

Rəsmi bildirib ki, virusun ölkədə yayılmasının gec olaraq bəyan edilməsi səbəbindən həmin xəstələrin koronavirusa yoluxmuş xəstələr kimi müalicə edilməməsinə, bu isə öz növbəsində epidemiyanın sürətli olaraq ölkəni cənginə almasına səbəb olub.

 

Xatırladaq ki, sosial şəbəkələrdə İranda yanvar ayının əvvəllərindən etibarən bir neçə insanın koronavirusa yoluxması ilə bağlı xəbərlər yayılmasına baxmayaraq, rəsmi orqanlar bunu inkar edirdi. Lakin İran Səhiyyə Nazirliyi fevralın 19-da iki Qum sakinin sözügedən epidemiyadan öldüyünü təsdiqləyib və bundan sonra ölkədə hər gün virusa yoluxma və tələfatla bağlı xəbərlər yaymağa başlayıb.

 

Ə.A

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20