İranın Sistan-Bəlucistan əyalətinin Pakistanla sərhəd məntəqəsində “Sepah” terror təşkilatı qüvvələrinin motosikletlə yanacaq daşıyan bəluclara qarşı silahlı hücumunda 10 yerli bəluc həlak olub, 5-i yaralanıb.
Gunaz.tv
Hadisə, yerli hüquq-mühafiz qüvvələrinin sərhəd məntəqəsini bəlucların üzünə bağlamasından sonra baş verib. Sərhəd məntəqəsinə toplaşan və sərhəddin açılmasını tələb edən bəluclar, hadisə yerinə gələn “Sepah” qüvvələri tərəfindən odlu silahlarla atəşə tutulublar. Nəticədə 10 bəluc yerindəcə həlak olub, 5-i müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Bu qətliamın ardınca “Sepah”çılar tərəfindən öldürülən və yaralanan bəlucların ailə üzvləri Səravan şəhərində fərmandarlığın (valiliyin) binası qarşısında toplaşaraq etiraz aksiyası keçiriblər və valiliyin binasını ələ keçirərək, hökumət qüvvələrinin sünni məzhəbli bəluclara qarşı vəhşiliyinə etiraz bildiriblər.
Yayılan məlumata əsasən, fərmandarlığa göndərilən hökumət qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan və dəyənəkdən istifadə edərək, onları binadan çıxarıb biliblər. Etirazlarda onlarla bəlucun həbs edilərək naməlum istiqamətə aparıldığı bildirilir.

Qeyd edək ki, Sistan-Bəlucistan vilayəti İranın ən yoxsul əyaləti sayılır. Bu əyalət, uzun ullər baxımsız qaldığına görə, əhalinin əksəriyyəti işsiz və kasıbdır və bəluclar ailələrini dolandırmaq üçün ya narkotik maddə qaçaqmalçılığı ilə, ya da motosiklet vasitəsilə İranla Pakistan arasında yanacaq daşıyıb satmaq işi ilə məşğul olmaq məcburiyyətində qalırlar. Hökumət isə onların bu işini “yanacaq qaçaqmalçılığı” adlandıraraq, qarşısını almağa çalışır.
Sünni məzhəbli bəluclar İran İslam Respublikası hökumətini bəluc xalqına qarşı ayrı-seçkilikdə, onları qəsdən yoxsul saxlamaqda, onların ağır və acınacaqlı iqtisadi durumuna laqeyd yanaşmaqda, milli və dini hüquqlarını tapdamaqda günahlandırırlar.
Etirazlarda həbs edilən bəlucların sonrakı taleyi hələlik bilinmir.

A.M