İranın Şiraz şəhərində daha 1 bəhai həbs edilib

2021-06-15 14:17

İranın Şiraz şəhərində bəhai dinindən olan Dərsa Dehqani həbs edilib.

Gunaz.tv Quote | Gunaz article

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, gənc bəhai Dərsa Dehqani iyunun 15-də Şiraz şəhərinin Qatar dayanacağında ETTELAAT-ın mülki geyimli yerli əməkdaşları tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıb. 


ETTELAAT əməkdaşları daha sonra bəhai xanımın mənzilində yoxlama aparıb, ona məxsus bir sıra şəxsi əşyaları, o cümlədən də mobil telefonunu və bəhai dininə aid kitabları götürüblər. 


Dərsa Dehqaninin hazırda harada saxlanıkması və onun konkret nədə günahlandırılması barədə hər hansı bir məluma yayılmayıb. 


Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının konstitusiyası, bəhai dinini müstəqil və ayrıca bir din kimi tanımır. Məhz həmin səbəbə görə də, son 42 il ərzində İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.


İranda hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı quldur “Hizbullah”çı dəstələr, vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar. 1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə qədər yüzlərlə bəhai əsassız ittihamlarla edam edilib.

gun az article

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ombudsman Səbinə Əliyeva Türkiyəyə 100 fidan hədiyyə edib

2021-08-01

gun az article

Ceyhun Bayramov: "Azərbaycan bundan sonra da Türkiyəyə hər cür yardıma hazırdır"

2021-08-01

gun az article

Azərbaycanda daha 671 nəfərdə koronavirusa yoluxma aşkarlanıb, 4 nəfər ölüb

2021-08-01

gun az article

Xuzistanda hüquq mühafizə qüvvələrinin avtomobilinə atəş açılıb: 1 polis əməkdaşı öldürülüb

2021-08-01

gun az article

Tehranda incəsənət xadimlərinin dəvəti ilə Xuzistana dəstək aksiyası keçirilib – VİDEO

2021-08-01

gun az article

Tural Gəncəliyev: “Jirinovski və onun kimiləri yeni reallığı qəbul edə bilmir”

2021-08-01

gun az article

Sabah temperatur 36 dərəcəyə yüksələcək, bölgələrə yağış, dolu yağacaq

2021-08-01

gun az article

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

2021-08-01

gun az article

İordaniya Suriya ilə sərhədi bağladı

2021-08-01

gun az article

Tokio-2020: Azərbaycanın 3 idmançısı mübarizə aparacaq

2021-08-01

gun az article

Rusiyalı alim: “Kütləvi peyvəndləmə daha təhlükəli infeksiya variantlarının qarşısını alacaq”

2021-08-01

gun az article

Mövqelərimiz Naxçıvan istiqamətində atəşə tutulub

2021-08-01

gun az article

Türkiyədəki yanğınlarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsində “qaynar xətt” yaradıldı

2021-07-31

gun az article

Türkiyə Prezidenti azərbaycanlı yanğınsöndürənlərin gördüyü işlərdən danışdı-VİDEO

2021-07-31

gun az article

Azərbaycan Türkiyəyə sabah helikopter göndərəcək

2021-07-31

gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31