İranın Şiraz şəhərində daha 2 bəhai həbs edilib

2021-04-29 12:12

İranın Şiraz şəhərində bəhai dininə mənsub olan daha 2 nəfər həbs edilib.

Gunaz.tv Quote | Gunaz article

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, Şirazdakı ETTELAAT idarəsinin mülki geyimli əməkdaşları bəhailər Vəhid Daana və Səid Abedini-ni şəxsi mənzillərində tutub naməlum istiqamətə aparıblar.


Yayılan məlumata əsasən, hər iki bəhainin mənzilində yoxlamalar aparılıb, onlara məxsus noutbuklar, bəhai dininə aid kitablar, ailəvi şəkillər və bir sıra digər şəxsi əşyaları götürülüb. 


Həbs edilən bəhailərin sonradan Şirazdakı ETTELLAT idarəsinin təcridxanasında saxlanıldığı bildirilsə də, onlara qarşı konkret hansı ittihamların irəli sürüldüyü hələlik bəlli deyil.


Xatırladaq ki, aprelin 3-də Şirazda dini əqidəsinə görə daha 7 bəhai (Səid Ettehad, Qasım Məsumi, iyamək Honərvər, Suruş Abadi, Sediqə Əqdəsi, Aliyə Furutən və Behruz Fərzəndi Ərdəkani) həbs edilmiş, şəxsi mənzillərində yoxlamalar aparılmışdı. Bəhailərin həbsindən 23 gün keçməsinə baxmayaraq, onların qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir. 


Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının konstitusiyası, bəhai dinini müstəqil və ayrıca bir din kimi tanımır. Məhz həmin səbəbə görə də, son 42 il ərzində İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.


İranda hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı quldur “Hizbullah”çı dəstələr, vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar. 1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə qədər yüzlərlə bəhai əsassız ittihamlarla edam edilib.

Bəhai dini haqda ilahiyyatçılar danışdı

A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Sülhməramlılar gedəcək, Xankəndi Azərbaycanın nəzarətinə keçəcək”-İlham İsmayıl 

2021-06-16

gun az article

İranda azərbaycanlı namizəd prezident seçkisində iştirakdan imtina etdi

2021-06-16

gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16

gun az article

Türkiyə Prezidenti Cıdır düzündən paylaşım edib

2021-06-15

gun az article

Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı

2021-06-15

gun az article

Prezident: "Türkiyə Şuşada konsulluq açacaq"

2021-06-15

gun az article

Şuşada İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü keçirilib - VİDEO

2021-06-15

gun az article

Azərbaycan koronavirus: Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam”

2021-06-15

gun az article

Beni Qants: “Amerika ilə birgə İranın nüvə silahına yiyələnməsinin qarşısını alacağıq”

2021-06-15

gun az article

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Şuşada qarşıladı

2021-06-15

gun az article

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

2021-06-15

gun az article

İranın Şiraz şəhərində daha 1 bəhai həbs edilib

2021-06-15

gun az article

Prezident İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı

2021-06-15

gun az article

Selçuk Bayraktar: "Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik"

2021-06-15