SON XƏBƏRLƏR

İranın Şiraz və Sənəndəc şəhərlərində daha 4 məhkum edam edilib

2021.10.20, 07:36
 İranın Şiraz və Sənəndəc şəhərlərində daha 4 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılan daha 4 məhkum edam edilib. Edamlar Sənəndəc və Şiraz şəhərlərində həyata keçirilib.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, yeddi il əvvəl naməlum səbəbə görə qətl törədən Dehqolan şəhər sakini, 26 yaşlı məhkum Sina Məhəmmədi, aprlin 23-ü sübh saatlarında Kürdüstan əyalətinin Sənəndəc şəhərinin zindanında dara çəkilib.

 

Aprelin 24-də isə həmin zindanda eyni ittihamla daha 2 məhkum dar ağacından asılıb. Məhkumlar Əbdülvahid Feyzi üç il əvvəl, Pəyam Müxlis isə beş il əvvəl naməlum səbəbə görə baş vermiş davalarda qətl törətməkdə günahlandırılıblar.

 

Həmçinin, aprelin 23-də Şiraz zindanında qətl ittihamı ilə daha 1 məhkum edam edilib. 39 yaşlı məhkum Məhəmməd Həqiqət Nejad, beş il əvvəl maliyyə məsələləri üstündə ortaya çıxan ixtilafa görə qətl törətməkdə təqsirli bilinib.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar