SON XƏBƏRLƏR

İranın Sircan şəhərində daha 1 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Sircan şəhərində daha 1 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranın Sircan şəhərində qətldə günahlandırılaraq ölüm cəzasına məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl naməlum səbəbə görə üç nəfəri qətlə yetirməkdə günahlandırılan və adı mediaya ixtisarla işıqlandırılan məhkum, dekabrın 25-i sübh saatlarında Sircanın mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar