SON XƏBƏRLƏR

İranın Şirvan şəhərində daha 2 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Şirvan şəhərində daha 2 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranın Şimali Xorasan əyalətinin Şirvan şəhərində qətldə və qəsdən adamöldürmədə günahlandırılaraq ölümə məhkum edilmiş daha 2 nəfər edam edilib. Edamlar bir neçə gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, iki il əvvəl naməlum səbəbə görə qətl törədən 36 yaşlı məhkum Muctaba Mirzadə fevralın 21-i sübh saatlarında Şirvan zindanında dara çəkilib.

 

Həmçinin maliyyə ixtilafına görə öz qohumlarından birini qətlə yetirən və qəsdən adamöldürmədə təqsirli bilinən 43 yaşlı Süheyl Hacı adlı digər məhkum, fevralın 24-də həmin həbsxanada dar ağacından asılıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar