SON XƏBƏRLƏR

İranın Sistan-Bəlucistan əyalətində 1 bəluc polis tərəfindən öldürülüb, daha bir bəluc edam edilib

2021.10.20, 07:36
İranın Sistan-Bəlucistan əyalətində 1 bəluc polis tərəfindən öldürülüb, daha bir bəluc edam edilib

Gunaz.tv

GünAzTV: İranın Sistan-Bəlucistan əyalətinin Xaş şəhərində 1 bəluc yerli hüquq-mühafizə qüvvələri tərəfindən öldürülüb, daha bir bəluc edam edilib.

 

İyunun 30-da yerli hüquq-mühafizə qüvvələri Xaş şəhərinin İrəndəgan məntəqəsində şəxsi avtomobilində hərəkətdə olan bir sürücüdən şübhələnərək onu dayandırmaq istəsyiblər. Lakin o, buna məhəl qoymadan avtomobili saxlamaqdan imtina edib. Nəticədə, polislər avtomobili atəşə tutublar. Atəş nəticəsində avtomobil sürücüsü Heydər Camalzehi başından güllə yarası alaraq yerindəcə həlak olub. Hadisənin təfərrüatı barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Həmçinin Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində daha 1 bəluc edam edilib. Qətldə günahlandırılaraq edama məhkum edilmiş 26 yaşlı müttəhim İbrahim Cahantiğ, iyulun 1-i sübh saatlarında Zahidan şəhərinin mərkəzi zindanında dara çəkilib.

 

Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar