İranın “Tasnim” agentliyi: “Zərif İran xalqından və Qasım Süleymaninin ailəsindən üzr istəmək niyyətindədir”

2021-04-28 13:28

İranda “Sepah” terror təşkilatına yaxınlığı ilə tanınan “Tasnim” saytı mediaya sızdırılmış səs yazısındakı sözlərinə görə xarici işlər naziri Məhəmməd Cavad Zərifin ölkə əhalisindən və “Sepah”ın “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymaninin ailəsindən üzr istəmək niyyətində olduğunu bildirib.

Gunaz.tv Quote | Gunaz article

Aprelin 27-də bu barədə məlumat yayan “Tasnim” agentliyi bildirib ki, Zərif tezliklə mediaya sızdırılmış səs yazısı barədə bəyanat yayaraq bəzi məsələlərə aydınlıq gətirəcək.


“Yayılan bəzi söz-söhbətlərə görə, Zərif bir sıra tarixi məsələlərin təhrif olunmasına və  ziyanlı səhv təhlillərlə ölkənin milli maraqlarına ziyan vurulmasına səbəb olan qalmaqallı səs yazısına görə İran xalqından və Qasım Süleymaninin ailəsindən üzr istəmək niyyətindədir. Çox ehtimal ki, o bəyanat yayaraq bu barədə bəzi izahatlar verəcək”, -deyə “Sepah”a yaxın “Tasnim” saytının yaydığı məlumatında bildirlir.


Həmçinin aprelin 27-də Tehran prokurorluğu qalmaqallı səs yazısına görə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı prokurorluqda cinayət işinin (dosye) açıldığından xəbər verib.


Yayılan digər bir məlumata əsasən, Zərif həm də mediaya sızdırılmış səs yazısında ölkənin təhlükəsizlik məsələləri ilə bağlı olan “bir sıra məsələləri səlahiyyəti olmayan bəzi şəxslər”lə bir araya qoyduğu üçün izahat vermək üçün İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasına çağırılıb. 


Xatırladaq ki, Zərifin cari ilin mart ayında ölkənin bir sıra daxili və xarici siyasəti və İranın xarici siyasətinin tamamilə “Sepah”ın “Qüds” briqadası tərəfindən təyin edilməsi ilə bağlı verdiyi gizli bir müsahibəsinin səs yazısının ETTELLAT Nazirliyindən oğurlanaraq mediaya sızdırılması, hakimiyyətdə və ölkənin siyasi dairələrində ciddi qalmaqala səbəb olub. 

انتشار فایل صوتی سخنان ظریف درباره قاسم سلیمانی | ایران | DW | 25.04.2021

A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinin adı açıqlanıb

2021-06-22

gun az article

BMT-nin Ali nümayəndəsi: "Füzuli rayonunda gördüklərimdən dəhşətə gəldim"

2021-06-22

gun az article

Ned Prays: “Nüvə sazişinin dirçəldilməsindən sonra İranla daha əhatəli məsələlərlə məşğul olacağıq”

2021-06-22

gun az article

Şuşa Şəhəri Dövlət Qoruğunun İdarə Heyəti yaradılacaq

2021-06-22

gun az article

Azərbaycanda son sutkada 111 nəfər COVID-19-dan sağalıb, 47 nəfər yoluxub, ölən olmayıb

2021-06-22

gun az article

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması rəsmən təsdiqləndi

2021-06-22

gun az article

Yaponiya və ABŞ birgə hərbi təlim keçirəcək

2021-06-22

gun az article

Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib

2021-06-22

gun az article

Kəlbəcərin elektrik enerjisi ilə təminatına 24,5 milyon manat ayrıldı - SƏRƏNCAM

2021-06-22

gun az article

General: "NATO Azərbaycanı etibarlı tərəfdaş hesab edir"

2021-06-22

gun az article

Əlillik ala bilməyən qazilərə maddi yardım edilsin - Deputatdan təklif

2021-06-22

gun az article

Müdafiə naziri NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi ilə görüşüb

2021-06-22

gun az article

Britaniyalı deputat Azərbaycanı tənqid edənləri ikiüzlü adlandırıb

2021-06-22

gun az article

Cozep Borrel: “Ümid edirik ki, İbrahim Rəisinin prezident seçilməsinin nüvə danışıqlarına mənfi təsiri olmayacaq”

2021-06-22

gun az article

İran “yumşalır”?- “Yeni prezidentin digər xalqlara münasibəti sərt olacaq”-Politoloq

2021-06-22

gun az article

Deputatlar Şuşa Bəyannaməsinin imzalanmasını yüksək qiymətləndirir

2021-06-22

gun az article

Ağ Ev: “ABŞ prezidentinin İranın yeni rəhbəri ilə görüşmək niyyəti yoxdur”

2021-06-22

gun az article

Hikmət Hacıyev Qarabağ qaziləri ilə: "Əziz qardaşlar, haqqınızı bizə halal edin!"

2021-06-22

gun az article

Avstraliyada ermənilərin təxribatının qarşısı alınıb

2021-06-22

gun az article

İlham Əliyev BMT Baş katibinə məktub göndərib

2021-06-22