22 Noyabr Bazar günü, ölkənin müxtəlif əyalətlərində onlarla Bəhayi vətəndaşın evlərində təhlükəsizlik qüvvələri tərəfindən axtarış aparılıb.
Gunaz.tv
Axtarışlar zamanı məmurlar vətəndaşların fərdi əşyalarına, o cümlədən noutbuklarınaa, mobil telefonlarına, fərdi kompüterlərə və Bəhayi dini ilə əlaqəli kitablara əl qoyublar.
Təhlükəsizlik agentlərinin 22 noyabr günü səhər saatlarında Tehrandakı Riyazullah Sübhani, Niki Xancani, Ataullah Əşrəfi, Huma Etimadi, Şahrox Taif, Əfif Nəimi və xanım Hikmət Şüar'ın evlərində axtarış apardıqları bildirilir. Lakin bu şəxslərin həbs edilməsi barədə məlumat verilmeyib.
Əlburz, İsfahan və Mazandaran əyalətlərində də oxşar hücumların olduğu bildirilir.
Mədəni fəal Şiva Nəzər Ahari, Twitter hesabında hücumları təsdiqləyərək, təhlükəsizlik agentlərinin bazar günü bir çox bəhayinin evlərinə "basqın" etdiyini, noutbuk, telefon, iPad və s. Kimi pul və əşyalarını götürdüyünü söyləyib. "
"Herana" veb saytı ən azı 30-50 Bəhayi evinin təhlükəsizlik qüvvələrinin hücumuna məruz qaldığını bildirir.
Bəhayi vətəndaşların evlərinə edilən bu yeni basqının səbəbləri məlum deyil.
Bir çox evlər axtarış hökmü olmadan axtarılmışdır.
Qeyd etmək lazımdır ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının ana yasası, bəhai dinini müstəqil bir din kimi tanımır. Məhz həmin səbəbə görə də, son 42 il ərzində İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.
İranda hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr, vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar. 1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə qədər yüzlərlə bəhai əsassız ittihamlarla edam edilib.
C.E