İranın üç etirazçıya qarşı çıxardığı edam hökmü kəskin etirazlara səbəb olub- Dünya liderləri qərarı qınayıblar

2020-07-16 15:21

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp başda olmaqla, bir neçə dünya ölkəsinin rəsmiləri İrandan noyabr etirazlarında tutulan 3 nəfərin edam hökmünü ləğv etməyi tələb edib.

Gunaz.tv Quote | Gunaz article

Tramp bu barədə öz "Twitter" hesabında fars dilində müraciət ünvanlayıb: 


İranda üç nəfər etiraz aksiyalarında iştirak etdiyi üçün ölümə məhkum edilib. Onların hər an edam edilə biləcəyi gözlənilir. Onların edamı dünyaya acınacaqlı mesaj göndərir və bu hal baş verməməlidir", - deyə ABŞ Prezidenti yazıb. 

 


İsveçin Xarici İşlər naziri Ann Linde də vəziyyətdən narahat olduqlarını ifadə edərək, ölkəsinin hər zaman və dünyanın hər bir yerində edama qarşı olduğunu bildirib. 

 


Danimarkanın Xarici İşlər naziri Yep Kofod da məsələyə münasibət bildirən dünya ölkələri rəsmiləri içərisindədir. O, rəsmi Tehranı qərara yenidən baxmağa çağırıb:


Üç cavana qarşı İranda keçən il keçirilmiş etiraz aksiyalarında iştirak etdikləri üçün çıxarılmış edam hökmünün təsdiqlənməsindən bərk narahatıq. İranda insan haqlarının pozulması və edam hökmündən cəza tədbiri kimi istifadə edilməsinin davam etməsi narahatlıq doğurur", deyə Kofod vurğulayıb. 

 


Xatırladaq ki, həmin 3 etirazçı - Əmirhüseyn Muradi, Səid Təmcidi və Məhəmməd Rəcəbiyə qarşı çıxarılmış edam hökmünün təsdiqlənməsi barədə ilk dəfə bir neçə gün əvvəl onlardan birinin vəkili xəbər yaymışdı. 


İran Məhkəmə Sisteminin sözçüsü də 14 iyulda keçirdiyi mətbuat konfransında məlumatı təsdiqlənmişdi. 


Bu xəbər istər İran daxilində, istərsə də xaricdə sərt reaksiyalara səbəb olub. İran vətəndaşlarının "Twitter" sosial şəbəkəsində başlatdıqları kampaniya çərçivəsində 7.5 milyon nəfər fars dilində "edam etməyin" həştəqi ilə status paylaşaraq, çıxarılan hökmə öz etirazını bildirib. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Antonio Quterreş yenidən BMT-nin Baş katibi təyin olunub

2021-06-18

gun az article

Ərdoğan BMT-nin fəaliyyətini tənqid etdi

2021-06-18

gun az article

Qarabağda 13 mindən çox əmlakın inventarlaşdırılması başa çatıb

2021-06-18

gun az article

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

2021-06-18

gun az article

Azərbaycan Trans-Baltik kəməri ilə Ukraynaya qaz ixrac edə bilər

2021-06-18

gun az article

İranın Kürdüstan əyalətində səyyar səs qutusunu daşıyan mikroavtobus qəzaya uğrayıb: 1 ölü, 6 yaralı

2021-06-18

gun az article

İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib

2021-06-18

gun az article

Əhmədinejad: “Bu seçkinin nəticəsi xalqın ziyanına olacaq”

2021-06-18

gun az article

Kremldən növbəti Qarabağ XƏBƏRDARLIĞI

2021-06-18

gun az article

İranın daxili işlər naziri: “Heç bir seçki məntəqəsində səsvermə prosesi dayandırılmayıb”

2021-06-18

gun az article

XİN: Ermənistan XİN-in beynəlxalq hüquq normalarından danışması riyakarlığın son həddidir

2021-06-18

gun az article

Həsən Ruhani, Cavad Zərif və keçmiş prezident Məhəmməd Xatəmi səs verib

2021-06-18

gun az article

Xamneyi: “Hamı bu böyük milli sınaqda iştirak etməlidir

2021-06-18

gun az article

Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb

2021-06-18

gun az article

ABŞ Türkiyənin Kabil hava limanının mühafizəsi ilə bağlı qərarını alqışlayıb

2021-06-18

gun az article

Azərbaycan və Rusiya arasında Xəzər dənizi məsələləri ilə bağlı məsləhətləşmələr keçirilib

2021-06-18

gun az article

Bu gün İranda 13-cü prezident seçkiləri keçirilir

2021-06-18

gun az article

Şimal bölgəsində yanğının söndürülməsinə 270 canlı qüvvə və helikopter cəlb edildi

2021-06-17

gun az article

Koronavirusa yoluxma sayı 178 milyonu ötdü

2021-06-18

gun az article

Putin Dumaya seçkilər təyin etdi

2021-06-18