SON XƏBƏRLƏR

İranın Urmiya, Həmədan və İlam şəhərlərində daha 3 nəfər edam edilib

2021.10.20, 07:36
İranın Urmiya, Həmədan və İlam şəhərlərində daha 3 nəfər edam edilib

Gunaz.tv

GünAzTV: İranda qəsdən adamöldürmədə günahlandırılaraq qisasa məhkum edilmiş daha 3 nəfər edam edilib. Edamlar Urmiya, Həmədan və İlam şəhərlərində həyata keçirilib.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, 12 il əvvəl törətdiyi qətlə görə qisasa məhkum edilmiş Rəhim Səlimi adlı müttəhim, martın 5-i sübh saatlarında İranın Qərbi Azərbaycan əyalətində, Urmiyanın mərkəzi zindanında dara çəkilib.

 

Eyni ittihama görə ölümə məhkum edilən Həmid İmani adlı digər müttəhim, 10 il həbsdə saxlandıqdan sonra martın 1-də Həmədan şəhərinin mərkəzi zindanında dar ağacından asılıb.

 

Həmçinin məişət zəmininda baş verən bir davada qətl törədən daha bir müttəhim, Ehsan Yaqubi, İranın İlam şəhərinin mərkəzi həbsxanasında dara çəkilib. O, ay yarım əvvəl edam olunsa da, bu barədə xəbər yenicə yayılıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına görə ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar