SON XƏBƏRLƏR

İranın Urmiya şəhərində daha 2 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Urmiya şəhərində daha 2 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 2 məhkum edam edilib.

 

 İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, altı il əvvəl ayrı-ayrılıqda naməlum səbəbə görə qətl törədən və həmin vaxtdan həbsdə saxlanılan 70 yaşlı məhkum Abdulla Məhəmmədzadə və 60 yaşlı digər məhkum Hüseyn Kəçnanlu martın 12-si sübh saatlarında Urmiyanın mərkəzi zindanında dara çəkiliblər.

 

Edam edilən şəxslərin məhkəmə prosesləri barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar