SON XƏBƏRLƏR

İranın Urmiya və Şirvan şəhərlərində daha 4 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Urmiya və Şirvan şəhərlərində daha 4 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda qətldə və qəsdən adamöldürmədə günahlandırılaraq qisasa məhkum edilmiş daha 3 nəfər edam edilib. Edamların 3-ü Urmiya, 1-i isə Şirvan şəhərində həyata keçirilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, qətldə günahlandırılan üç məhbus (Faruq Dəryai, Mahmud Həmzəzadə və Kamal Sultani) iyulun 23-ü sübh saatlarında Urmiyanın mərkəzi zindanında dara çəkilib.

 

Həmçinin qəsdən adamöldürmədə günahlandırılaraq qisasa məhkum edilmiş daha 1 müttəhim (Salman Xudayari), iyulun 22-də Şimali Xorasan əyalətinin Şirvan şəhərinin həbsxanasında dar ağacından asılıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar