SON XƏBƏRLƏR

İranın Zahidan şəhərində bir polis zabiti naməlum silahlı şəxslər tərəfindən öldürülüb

2021.10.20, 07:36
İranın Zahidan şəhərində bir polis zabiti naməlum silahlı şəxslər tərəfindən öldürülüb

Gunaz.tv

GünAzTV: İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində yol-nəqliyyat polisinin bir zabiti naməlum silahlı şəxslərin hücumuna məruz qalaraq öldürülüb, bir əsgər yaralanıb.

 

Hadisə yanvarın 8-i, yerli vaxtla axşam saat 19: 53 radələrində baş verib. Motosiklet sürən naməlum iki silahlı şəxs, şəhərdə reyd keçirən polis avtomobilinə yaxınlaşaraq odlu silahdan bir neçə dəfə atəş açıblar. Atəş nəticəsində Rəzəvi Xorasan əyalətinin Torbəti-cam şəhərinin sakini olduğu bildirilən polis zabiti Qulamhüseyn Candust güllə yarası alaraq yerindəcə həlak olub, Hadi Pişəvər adlı bir əsgər ağır yaralanıb. Yaralı əsgər xəstəxanaya yerləşdirilib.

 

Hücumçular hadisə yerindən qaça biliblər. Onların yaxalanması üçün bölgədə geniş axtarış əməliyyatına başladığı bildirilir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar