SON XƏBƏRLƏR

İranın Zahidan şəhərində daha 1 məhkum edam ərəfəsində təkadamlıq kameraya köçürülüb

2021.10.20, 07:36
İranın Zahidan şəhərində daha 1 məhkum edam ərəfəsində təkadamlıq kameraya köçürülüb

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq ölüm hökmü almış daha 1 məhkum edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Zahidanın mərkəzi zindanında saxlanılan 25 yaşlı məhkum İdris Şəhbəxş, avqustun 15-də həbsxananın ümumi korpusundan təkadamlıq kameraya köçürülüb. Gənc məhkumun yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dara çəkilməsi gözlənilir.

 

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar