SON XƏBƏRLƏR

İranın Zahidan şəhərində daha 3 siyasi məhbus dara çəkilib

2021.10.20, 07:36
İranın Zahidan şəhərində daha 3 siyasi məhbus dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda sistemə qarşı mübarizə aparan müxalif qruplarla əməkdaşlıqda, polisə silahlı müqavimət göstərməkdə, və hüquq-mühafizə qüvvələrinin 1 rəsmisini qətlə yetirməkdə günahlandırılaraq ölüm cəzasına məhkum edilmiş daha 3 siyasi məhbus edam edilib.

 

 İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, barələrində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə üç gün əvvəl təkadamlıq kameralara köçürülən müttəhimlər, 21 yaşlı Dürməhəmməd Şəhbəxş, 23 yaşlı İsmayıl Şəhbəxş və 24 yaşlı Həyatullah Nuti Zehi, sentyabrın 3-ü sübh saatlarında Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərinin zindanında dara çəkilib.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar