SON XƏBƏRLƏR

İranın Zahidan və İranşəhr şəhərlərində daha 2 nəfər edam edilib

2021.10.20, 07:36
İranın Zahidan və İranşəhr şəhərlərində daha 2 nəfər edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 2 nəfər edam edilib. Edamlar Sistan-Bəlucistan əyalətinin Zahidan və İranşəhr şəhərlərində həyata keçirilib.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl naməlum səbəbə görə qətl törədən məhkum Rza Sarani, fevralın 19-u sübh saatlarında Zahidan şəhərinin zindanında dara çəkilib. Həmçinin eyni ittihamla edama məhkum edilmiş digər məhkum, 25 yaşlı Milad Dürzadə fevralın 14-də İranşəhr həbsxanasında dar ağacından asılıb. Edam edilən şəxslərin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar