SON XƏBƏRLƏR

İranın Zəncan şəhərində daha 1 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Zəncan şəhərində daha 1 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qəsdən adamöldürmədə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib. Məhkum barədə çıxarılan ölüm hökmü 4 gün əvvəl icra edilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, 2015-ci ildə aralarında yaranan maliyyə ixtilafına görə kirayədə qaldığı mənzilin sahibini qətlə yetirən məhkum Nurəddin Səlami, martın 3-ü sübh saatlarında Zəncanın mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar