SON XƏBƏRLƏR

İranın Zəncan şəhərində daha 1 məhkum gizli şəkildə edam edilib

2021.10.20, 07:36
İranın Zəncan şəhərində daha 1 məhkum gizli şəkildə edam edilib

Gunaz.tv

GünazTV: İranın Zəncan şəhərində qətldə günahlandırlaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib. Məhkum 34 gün əvvəl edam edilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, maliyyə ixtilafına görə baş vermiş davada istəmədən qətl törədən Bicar şəhər sakini, 31 yaşlı məhkum Seyid Səməd Enayəti, aprelin 30-u sübh saatlarında Zəncanın mərkəzi zindnında dara çəkilib. Məhkumun edamı, naməlum səbəbə görə son günlərə qədər gizli saxlanılaraq mediaya açıqlanmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur. Bildirilir ki, İran rejimi ölkədəki edamların sayını beynəlxalq təşkilatlardan gizlətmək məqsədilə, bir çox hallarda bir sıra məhlumları gizli şəkildə edam edir. Həmin edamlar mediada işıqlandırılmır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar