SON XƏBƏRLƏR

İranın Zəncan şəhərində daha 1 nəfər edam edilib

2021.10.20, 07:36
İranın Zəncan şəhərində daha 1 nəfər edam edilib

Gunaz.tv

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib. Hadisə bir həftə əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, 5 il əvvəl naməlum səbəbdən qətl törətdiyinə görə həbsdə saxlanılan İraq vətəndaşı, 33 yaşlı Ərbil şəhər sakini Suran Rəşid Zahidi, noyabrın 6-sı sübh saatlarında İranın Zəncan şəhərinin mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar