SON XƏBƏRLƏR

İranla Çin arasında ticari dövriyyə son 10 ildə ən aşağı həddə düşüb

2021.10.20, 07:36
İranla Çin arasında ticari dövriyyə son 10 ildə ən aşağı həddə düşüb

Gunaz.tv

GünAz TV: Çinin Gömrük İdarəsinin yaydığı yeni statistika bu ölkənin İranla ticari əlaqələrinin cari ilin oktyabr ayında son dekada ərzində ən aşağı həddə düşdüyünü göstərir.

 

Belə ki, oktyabr ayı ərzində iki tərəfli ticari dövriyyə 1 milyard 376 milyon dollar təşkil edib, bu isə ötən ilin oxşar dövrü ilə müqayisədə 38% azalmanın olduğunu göstərir.

 

2019-cu ilin 10 ayı ərzində iki ölkə arasında baş tutmuş idxalat və ixracatda da kəskin geriləmə müşahidə olunub. Belə ki, bu müddət ərzində Çinin İrana ixracatı 39%-dən azalmaqla, 7.8 milyard dollara, idxalatı isə 36%-dən çox azalmaqla, 11.7 milyard dollara enib.

 

Çin 2018-ci ildə Amerika Birləşmiş Ştatlarının rəsmi Tehrana qarşı tətbiq etdiyi sanksiyalardan öncə günlük 650 min barel idxal etməklə, İrandan ən çox qara qızıl idxal edən ölkə hesab edilirdi. Çin Gömrük İdarəsinin yeni statistikası son aylar ərzində bu rəqəmin gündəlik 140 min barelə qədər düşdüyünü nümayiş etdirir. Hazırda Suriya və Çindən başqa heç bir ölkənin İrandan qara qızıl tədarük etmədiyi deyilir.

 

Çinin “Sinopec” və “CNPC” şirkətləri ABŞ sanksiyalarından öncə İranın “Azadeqan” və “Yadavəran” neft yataqlarına sərmayə yatırmışdılar. Tərəflər arasında imzalanan müqaviləyə əsasən, rəsmi Tehran onların pullarını nağd şəkildə deyil, neftlə qaytarmalı idi. Buna görə də, hazırda İranın Çinə günlük ixrac etdiyi 140 min barel neftin qeyd edilmiş şirkətlərə borclu olduğu məbləğin qarşısında təhvil verdiyi ehtimal edilir.

 

Beynəlxalq naviqasiya şirkətlərinin yaydıqları məlumatlarda İranın Suriyaya gündəlik orta hesabla 66 min barel qara qızıl göndərdiyi qeyd edilir. Lakin rəsmi Tehranın bunun qarşılığında Suriyadan pul alıb-almaması məlum deyil.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar