SON XƏBƏRLƏR

İranla işğal altında olan Qarabağ arasında əlaqə vasitəsi sayılan 5 körpünün görüntüləri- FOTO

2021.10.20, 07:36
İranla işğal altında olan Qarabağ arasında əlaqə vasitəsi sayılan 5 körpünün görüntüləri- FOTO

Gunaz.tv

GünAz TV: İranın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə məhsul göndərmək üçün yerüstü əlaqə vasitəsi kimi istifadə etdiyi 5 körpünün görüntüləri yayılıb.

 

Bu körpülərin havadan çəkilmiş həmin fotolarında nəqliyyat vasitələri də görünür. İranın Qarabağa içərisində ərzaq və yanacaq olan yük maşınlarını Araz çayının üzərində inşa etdiyi bu körpülər vasitəsilə göndərdiyi ehtimal edilir.

 

Bu fotolar təkcə Cəbrayıl rayonu ilə İranın həmsərhəd bölgələri arasında tikilmiş körpüləri əks etdirir. 

 

Xatırladaq ki, son günlər ərzində sosial şəbəkələrdə İranın Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə yüzlərlə yük maşınında yanacaq və qida göndərməsinə dair videolar yayılıb.

 

Rəsmi Bakı buna etiraz etsə də, İranın Xarici İşlər Nazirliyi bütün görüntülərə baxmayaraq, faktı inkar etmiş, həmişə təkrarladığı "İran Qarabağda vəziyyətin gərdinləşməsinə qarşıdır" cümləsini yenidən ortaya atmışdı. İran heç vaxt Qarabağla bağlı işğal kəliməsini işlətmir və bu xüsusda "münaqişə" deməklə kifayətlənir.

 

Həmin videolardan birində Xankəndində qeyri-qanuni olaraq məskunlaşan ermənilərdən biri Qarabağa yanacaq gətirmiş İranın yük maşınlarına etiraz edir. O bildirir ki, İranda koronavirusun tüğyan etməsinə rəğmən, yenə də ordan Qarabağa yük maşınları yanacaq və özləri ilə birlikdə də koronavirus gətirirlər.

 

Bundan öncə də İranın Ermənistan və Dağlıq Qarabağa yardımlar etdiyinə dair məlumatlar yayılıb. Lakin rəsmi Tehran hər dəfə bu sübutları inkar etməyə çalışıb.

 

İranla Qarabağ arasında tikilən sözügedən 5 körpüyə aşağıdakı "Google Map" linkləri vasitəsilə baxa bilərsiniz:

 

 

https://www.google.ru/maps/@39.1594472,46.93541,1793m/data=!3m1!1e3 

https://www.google.ru/maps/@39.1506526,46.9401045,448m/data=!3m1!1e3 

https://www.google.ru/maps/@39.1406793,46.9541935,448m/data=!3m1!1e3 

https://www.google.ru/maps/@39.1779143,47.0345224,448m/data=!3m1!1e3 

https://www.google.ru/maps/@39.1844261,47.0400483,448m/data=!3m1!1e

 

Ə.A 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar