İranlı 100 fəal: "Koronavirusun milli faciəyə çevrilməsinə görə əsas məsuliyyəti Əli Xamneyi daşıyır"

30.03.2020, 14:04

GünAz TV: 100 iranlı siyasi və mədəni fəal yaydıqları bəyanatda koronavirusun ölkədə epidemiyadan milli fəciəyə çevrilməsinə görə əsas məsuliyyəti "dini lider" Əli Xamneyinin daşıdığını, Həsən Ruhaninin də xəstəliyin yayılmasını gizlətmək və bunu "düşmənin məkrli planı" ilə bağlamaqda Xamneyi ilə əlbir olduğunu bildirib.

 

Bəyanatı imzalayanlar qeyd ediblər ki, rejimin insanların inqilabın 41-ci il dönümündə və Parlament seçkilərində iştirakını təmin etmək üçün koronavirusun ölkədə yayılmasını gizlətməsi xalqın xəstəlikdən özünü qorumasının qarşısını alıb.

 

İran Səhiyyə Nazirliyinin bəzi rəsmiləri, eləcə də bir neçə millət vəkili sözügedən pandemiyanın ölkədə yanvar ayının sonlarından yayıldığını, lakin hökumətin faktı gizlətdiyini etiraf edirlər. Hökumət isə yanvar ayından bu məsələni təkzib edirdi. "Dini lider"in yaxın silahdaşları olan mühafizəkarlar isə koronavirusun yayılması məsələsinin "düşmən" tərəfindən Milli Məclis seçkilərinə kölgə salmaq üçün ortaya atıldığını iddia edirdilər.

 

Fəallar bəyanatda həmçinin koronavirusa görə Amerikanı "bioloji hücum"da ittiham edən və digər cəfəng fikirlər səsləndirən Əli Xamneyinin yarıtmazlığına diqqət çəkərək, xalqın həyatının "dini lider", müşavirləri, hərbi və təhlükəsizlik qüvvələrinin əllərində girov olduğunu, hökumətin də bu istiqamətdə Xamneyinin yolunu getdiyini vurğulayıblar.

 

Onlar Əli Xamneyinin nəzarəti altında fəaliyyət göstərən Milli İnkişaf Fondu, eləcə də digər iqtisadi və maliyyə qurumlarının "Sepah" terror təşkilatının "Qüds Briqadası"na xaricdə aparılan təxribatçı siyasətlərə görə külli miqdarda pul ayırması, lakin hazırda virusun yayılması kimi həyati məsələnin qarşısını almaq üçün xalqa kömək etməməsini kəskin tənqid ediblər.

 

"Nə üçün dini lider, eləcə də onun tapşırıqları ilə hərəkət edən təhlükəsizlik qüvvələri və Məhkəmə Sistemi bütün siyasi məhkumların azadlığa buraxılmasına maneə olurlar? Mövcud şəraitdə belə məlumatların azad yayılmasını təşkil edən şəxsləri həbs etməyə də davam edirlər?", - deyə fəallar rejimin qurumlarına sual ünvanlayıblar.

 

Qeyd etmək lazımdır ki, prezident Həsən Ruhani martın 26-da Hökumət Kabinetinin iclasında etdiyi çıxışda bildirmişdi ki, koronavirusun qarşısını almaq üçün lazımi qədər valyuta ehtiyatlarının olmamasına görə, Milli İnkişaf Fondundan dövlətə 1 milyard dollar ayrılması üçün "dini lider"ə müraciət edib. Lakin Əli Xamneyi bu günə qədər onun istəyinə cavab verməyib.

 

Yanvar ayının 2-dən 3-nə keçən gecə "Qüds Briqadası"nın komandanı Qasım Süleymaninin Amerika tərəfindən Bağdad hava limanı yaxınlığında öldürülməsindən sonra İran Milli Məclisinin spikeri Əli Laricani "dini lider" Əli Xamneyinin icazəsi ilə Milli İnkişaf Fondundan "Qüds Briqadası"nın büdcəsinə 300 milyon avro məbləğinda pul köçürüldüyünü bəyan etmişdi.

 

Bəyanatın sonunda fəallar qeyd ediblər ki, ən kiçik etirazları belə sərt şəkildə və qısa müddətdə yatıran hökumətin koronavirusun qarşısını almaq üçün insanların şəhər daxili və xaricində çölə çıxmamasını "təmin edə bilməməsi" düşündürücüdür.

 

Qeyd etmək lazımdır ki, Novruz bayramı günlərində İranın koronavirusun yayıldığı əyalətlərindən digər bölgələrə milyonlarla insan səyahətə getmişdi. Səhiyyə mütəxəssisləri bildirilər ki, dövlətin səfərləri qadağan etməməsi gələcək günlərdə on minlərlə insanın bu xəstəliyə tutulmasına səbəb olacaq.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Əhərli fəal Saleh Molla Abbasi məhkəməyə çağrılıb

2022-09-28

gun az article

Əhərli fəal Saleh Molla Abbasi məhkəməyə çağrılıb

2022-09-28

gun az article

Mərənddə həbs edilən fəalar barədə məlumat verilmir

2022-09-28

gun az article

Təbrizdə etiraz aksiyasında milli şüarlar səsləndirilib

2022-09-28

gun az article

Güney Azərbaycan ayaqda: Ərdəbildə divarlara etiraz şüarları yazıldı

2022-09-28

gun az article

Urmu Universitetinin öyrənciləri tətil aksiyasına çağırış etdi

2022-09-28

gun az article

Təbrizdə saxlanılanlardan 40 nəfərinin kimliyi bəlli olub

2022-09-27

gun az article

ETTELAAT Urmuda milli fəalın evinə basqın edib

2022-09-27

gun az article

Təbriz Universitetində aksiya: Stomatologiya fakültəsinin öyrənciləri dərsləri boykot etdi

2022-09-27

gun az article

“Parlaq gələcək”də müzakirə: “Etirazların dəyərləndirilməsi” və “Hədis Nəcəfi”-VİDEO

2022-09-27

gun az article

Azərbaycanın "Şəhid Mədəni" Universitetinin öyrənciləri tətilə başlayıb

2022-09-27

gun az article

İran hökuməti etirazçılara qarşı məhkumlardan istifadə edir

2022-09-27

gun az article

Məlikanda həbs edilən fəallar aclığa başlayıb

2022-09-27

gun az article

Ərdəbildə saxlanılan milli fəallardan xəbər yoxdur

2022-09-27

gun az article

Təbrizdə yazılı vərəqələr yayılıb

2022-09-27

gun az article

ETTELAAT Əhərdə milli fəal Saleh Molla Abbasinin evinə basqın edib

2022-09-27

gun az article

Təbrizdə etiraz aksiyası başlayıb- Güllə və partlayış səsləri eşidilir-VİDEO

2022-09-26

gun az article

Təbriz Universitetində aksiya keçirilib-VİDEO

2022-09-26

gun az article

İran millisinin rəsmi səhifəsi türk futbolçunu izləməyi dayandırıb

2022-09-26

gun az article

"Əxlaq polisi cəmiyyəti hicablı etmədi, əksinə onu iffətsiz və əqidəsiz etdi"-Millət vəkili

2022-09-26