SON XƏBƏRLƏR

İranlı axund Suriyada öldürülüb

2021.10.20, 07:36
İranlı axund Suriyada öldürülüb

Gunaz.tv

GünAzTV: İranlı axund Məhəmməd Həsən Dehqani Suriyada gedən savaşda öldürülüb. BU barədə İranın “Sepah”a yaxın saytları məlumat yayıb.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl Suriyaya göndərilmiş axund Məhəmməd Həsən Dehqani, bir neçə gün əvvəl Suriyanın savaş məntəqələrindən birində Əsədə müxalif qüvvələrin açdığı atəş nəticəsində öldürülüb. Onun Suriyanın konkret hansı bölgəsində öldürüldüyü və hadisənin detalları mediaya açıqlanmayıb.

 

Cənazəsi ölkəyə gətirilən axund, noyabrın 6-da İranın Qum şəhərində torpağa tapşırılıb.  

 

 

Qeyd edək ki, İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar