SON XƏBƏRLƏR

İranlı deputat: “Mazda və Hyundai şirkətləri İranla bağladıqları müqavilələri ləğv ediblər”

2021.10.20, 07:36
İranlı deputat: “Mazda və Hyundai şirkətləri İranla bağladıqları müqavilələri ləğv ediblər”

Gunaz.tv

 GünAzTV: Dünyanın iki məşhur avtomobil istehsalçılarından olan Mazda və Hyundai şirkətləri İranla bağladıqları müqavilələri ləğv ediblər.

 

Bu barədə İran parlamentinin mədən və sənaye komissiyasının üzvü Vəli Məleki iyunun 11-də jurnalistlərə açıqlamasında məlumat verib.

 

Deputat bildirib ki, Yaponiyanın Mazda və Cənubi Koreyanın Hyundai şirkətləri Tehranla bağladıqları ticarət müqavilələrini birtərəfli olaraq ləğv etmələrinin səbəbini Amerikanın İrana qarşı sanksiyaları ilə əlaqələndiriblər: “Bu şirkətlərin nümayəndələri bizimlə söhbətlərində bildiriblər ki, onların Amerikada olan mənafeyi İrandakından qat-qat çoxdur və onlar bu mənafeyi qurban verə bilməzlər. Məhz buna görə də, İranla bağladıqları müqavilələri ləğv etmək qərarına gəliblər”.

 

Vəli Məleki deyib ki, bu iki şirkət Tehranla ticarət əlaqələrini dayandırdıqdan sonra, İran, Çinin avtomobil isehsal edən Haval şirkətinə üz tutub.

 

İran parlamentinin mədən və sənaye komissiyasının üzvü Vəli Məleki

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Amerikanın həmin sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib.

 

A.M

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar