SON XƏBƏRLƏR

İranlı deputat: “Ölkədə “Greencard”ı və ikili vətəndaşlığı olan rəsmilərin sayı 100 nəfərdir”

2021.10.20, 07:36
İranlı deputat: “Ölkədə “Greencard”ı və ikili vətəndaşlığı olan rəsmilərin sayı 100 nəfərdir”

Gunaz.tv

GünAzTV: İran parlamentinin deputatı, “Greencard”ı və ikili vətəndaşlığı olan rəsmilərin müəyyənləşdirilməsi işi üzrə araşdırma aparan heyətin üzvü Hüseynəli Hacı Deliqani, yanvarın 16-da jurnalistlərə açıqlamasında həmin şəxslər barədə aparılmış araşdırmanın nəticəsindən danışıb.

 

Deputat bildirib ki, ölkənin yüksək rütbəli vəzifələrində çalışan ən azı 100 nəfərin “Greencard”ı və ikili vətəndaşlığı var: “Bizim araşdırmamızın nəticəsi göstərir ki, hazırda ölkənin mühüm və həssas postlarında çalışan, “Greencard”ı və ikili vətəndaşlığı olan rəsmilərin sayı 100 nəfərdir. Heyətimizin bu barədə 33 səhifədə hazırladığı hesabatında həmin şəxslərin adlarının siyahısı verilib. Hesabat isə, yanvarın 15-də ölkə parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasına təqdim edilib.

 

Hesab edirik ki, ölkəyə qarşı xarici təhdidlərin artmasının ardınca və düşmənin ölkəyə nüfuza cəhd göstərməsi məsələsinin gündəmə gəlməsi ilə “Greencard”ı və ikili vətəndaşlığı olan rəsmilər barədə araşdırma aparılması vacib sayılır. Təəssüflər olsun ki, qanunda olan bəzi boşluqlara görə, hazırda Xarici İşlər Nazirliyində ikili vətəndaşlığı olanların müəyyənləşdirilməsi və onlara nəzarət edilməsi xüsusunda heç bir iş görülmür. Nazirlikdə həmçinin həmin şəxslərin ölkəyə girişi-çıxışına da hər hansı bir nəzarət yoxdur. Bu isə qanundakı boşluqla əlaqədardır”.

 

Deputat, “Greencard”ı və ikili vətəndaşlığı olan 100 rəsmidən hər hansı birinin adını mediaya açıqlamayıb.

 

Qeyd edək ki, İranda “Greencard”ı və ya ikili vətəndaşlığı olan ölkə rəsmilərindən olanlar, vaxtaşırı tutduqları vəzifədən sui-istifadə edərək külli məbləğdə pul mənimsəyərək xaricə qaçırlar. Bir neçə il əvvəl isə, həmin ikili vətəndaşlığı olanlardan biri, İran Milli Bankının keçmiş icraçı direktoru Mahmudrza Xavəri 3 milyard dollar mənimsədikdən sonra Kanadaya qaçıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar