SON XƏBƏRLƏR

İranlı deputat: "Ölkədə koronavirusun yayılmasına görə əsas məsuliyyət daşıyan Mülki Aviasiya Təşkilatıdır"

2021.10.20, 07:36
İranlı deputat: "Ölkədə koronavirusun yayılmasına görə əsas məsuliyyət daşıyan Mülki Aviasiya Təşkilatıdır"

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin Şirazdan seçilmiş deputatı Bəhram Parsayi bildirib ki, ölkədə koronavirusun yayılmasına görə 1-ci dərəcəli məsuliyyət daşıyan Mülki Aviasiya Təşkilatıdır.

 

O, "İsna" xəbər agentliyinə bu gün verdiyi müsahibə zamanı artıq Təşkilata qarşı hüquqi prosedurun başladığını deyib.

 

Bu gün İran Parlamentinin Tikinti Komissiyasında Təşkilatın fəaliyyətlərinin araşdırmaları ilə bağlı layihə irəli sürülüb. Komissiya İranda yol və daşıma, eləcə də şəhər və kəndlərin salınması məsələləri üzrə fəaliyyət göstərir.

 

Bəhram Parsayi bildirib ki, sözügedən layihəyə Çində koronavirusun yayılmasından sonra İran hava yolları şirkətlərinin nöyə görə bu ölkəyə uçuşları hələ də davam etdirdiklərinə dair müddəaları da salmaq üçün təlaş göstərir.

 

"Bu şəxslərin ittihamı tibbi maska möhtəkirlərindən daha da ağırdır. Çinə həyata keçirilən uçuşların qarşısını almayan Mülki Aviasiya Təşkilatı Mahan Air aviaşirkəti ilə birlikdə İranda koronavirusun yayılmasına görə məsuliyyət daşıyan 1-ci dərəcəli müttəhimdir", - deyə deputat əlavə edib.

 

Xatırladaq ki, Çində koronavirusun kəskin yayılması səbəbindən İran hökuməti yanvarın 31-də bu ölkəyə bütün gediş-gəliş uçuşlarına qadağa qoyulduğunu bəyan etmişdi. Lakin araşdırmalar göstərir ki, fevralın əvvəllərindən sonlarına qədər "Sepah" terror təşkilatına məxsus "Mahan Air" Çinin 4 şəhəri- Pekin, Şanxay, Quançjou və Şençjenə azı 55 gediş-gəliş uçuşu həyata keçirib.

 

Ötən günlərdə də "Mahan Air" Çinə uçuşlarına davam edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar