SON XƏBƏRLƏR

İranlı deputat: “Qeyri-qanuni təqaüd alan ağazadələrin siyahısı məhkəmə sisteminə təqdim edilib”

2021.10.20, 07:36
İranlı deputat: “Qeyri-qanuni təqaüd alan ağazadələrin siyahısı məhkəmə sisteminə təqdim edilib”

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin millət vəkili Mahmud Sadiqi bildirib ki, Mahmud Əhmədinejadın dövründə qeyri-qanuni yollarla təhsil təqaüdü qazanmış 98 ağazadənin adı olan siyahı məhkəmə sisteminə təqdim edilib.

 

O, hazırda əlində bu cür qeyri-qanuni təqaüd almış məmur və məmur övladlarının adlarını ehtiva edən digər siyahının da olduğunu deyib.

 

Deputat rəsmiləri İran Təhqiqat Təşkilatının bu istiqamətdə apardığı araşdırmaları incələməyə çağırıb. Onun sözlərinə görə, həmin qurum 2013-2014-cü illərdə bu sahədə müfəssəl təhqiqat aparsa da, sonda onu müvafiq qurumlara təqdim etməyib.

 

Qeyd etmək lazımdır ki, Mahmud Sadiqi bir neçə gün öncə İranın 100-dən artıq məmuru və onların övladlarının qanusuz yollarla təqaüd aldıqlarını bəyan etmişdi.

 

Ondan öncə İran media orqanlarında yayılan məlumatlarda qeyri-qanuni təhsil təqaüdü alanlar içərisində bəzi millət vəkili və övladının olduğu da qeyd edilirdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar