"Vəziyyət faciəvi həddi keçib”- İranlı deputatdan həyəcan təbili

2021-07-05 14:53

İran parlamentinin Xaş şəhərindən seçilmiş deputatı İsmayıl Hüseynzehi Sistan-Bəlucistan əyalətində yoluxucu xəstəliklə bağlı vəziyyətin son dərəcə kritik olduğunu bildirib.

Gunaz.tv Quote | Gunaz article

Deputat özünün “Twitter” hesabında bununla bağlı paylaşım edib. Sistan-Bəlucistan əyalətində xəstəxana sayının qənatəbəxş olmadığını bildirən deputat deyib ki, mövcud tibb müəsisələrində tibbi avadanlıq çatışmır. 


“Sistan-Bəlucistandakı xəstəxanaların və səhiyyə mərkəzlərinin indiki imkanları yetərincə deyil və mövcud ehtiyaclara cavab vermir.

Vəziyyət artıq faciə həddini aşıb. Hesab edirəm ki, İran Silahlı Qüvvələri dərhal işə qarışmalı, səyyar və modul tipli xəstəxanalar yaratmaqla əyalət sakinlərinin köməyinə getməlidir”, -deyə, İsmayıl Hüseynzehi bildirib.


Həmçinin Sistan-Bəlucistan əyalətinin İran parlamentindəki bəzi deputatları əyalətdə mutasiyaya uğramış Hindistan mənşəli “Delta” virusu ilə bağlı xəbərdarlıq edib. Onlar bildirib ki, virus  nəzarətdən çıxaraq böyük faciəyə gətirib çıxaraca bilər.

Deputatlar bildirib ki, bu təhlükəli virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. 


İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari isə məsələ ilə bağlı jurnalistlərə açıqlamasında Sistan-Bəlucistanda xəstəliklə bağlı vəziyyətin ağır olduğunu bidlirib.

O, deyib ki, son günlər əyalət sakinlərindən koronavirus üçün götürülmüş testlərin 60 faizinin cavabı pozitiv çıxıb.


“Bunun əsas səbəbi isə əhalinin gigiyena qaydalarına riayət etməməsi və qapalı məkanlarda toplaşmasıdır. Təəssüflər olsun ki, biz koronavirusun 4-cü dalğasından hələ tam qurtarmamış, xəstəliyin 5-ci dalğasının baş qaldırması və yayılması ilə üz-üzə qalmışıq”, -deyə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib. 


Yayılan məlumatlara əsasən, hazırda Sistan-Bəlucistanda hökumət idarələrinin əksəriyyəti tətil olunub, əyalətin bir çox şəhərləri isə karantinə alınıb.

تصویری از تجمع مردم در جلوی یک بیمارستان در سیستان و بلوچستانکرونا در سیستان و بلوچستان

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycan polisi qondarma “bayrağ”ı süngü ilə qazıdı - VİDEO

2021-09-17

gun az article

Qlobal istiləşmə bəşəriyyəti qarşısıalınmaz fəlakətə yaxınlaşdırır- BMT-dən hesabat

2021-09-17

gun az article

Ərdoğan: “Türkiyə qədər faciələr qarşısında prinsipial davranan ikinci bir ölkə yoxdur”

2021-09-17

gun az article

Dövlət Xidməti: "Azad olunan ərazilərdəki tarix-mədəniyyət abidələrinin reyestri yaradılacaq"

2021-09-17

gun az article

Azərbaycanda son sutkada 1770 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

2021-09-17

gun az article

Azərbaycanın rayonlarına dolu düşüb, şimşək çaxıb

2021-09-17

gun az article

Deputatlar azad edilmiş ərazilərdəki ekoloji vəziyyəti təhlil edəcəklər

2021-09-17

gun az article

Kölndə Azərbaycan dilinin tədrisinə başlanılıb

2021-09-17

gun az article

Səid Xətibzadə: “Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları İran məxsusdur”

2021-09-17

gun az article

Şuşada qəzaya düşən hərbçi vəfat edib

2021-09-17

gun az article

“Arşın mal alan” Çində çin dilində tamaşaya qoyulub – VİDEO

2021-09-17

gun az article

İran rəsmən Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçilib

2021-09-17

gun az article

Ceyhun Bayramov: "Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir"

2021-09-17

gun az article

Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyi təqdim edilib

2021-09-17

gun az article

İran rəsmisi: “Ərak ağır su reaktoru ən qısa zamanda istifadəyə hazır olmalıdır”

2021-09-17

gun az article

"Son hadisələr İranla Ermənistanın birgə oyunudur, aramıza nifaq salmaq istəyirlər”- Araz Obalı

2021-09-17

gun az article

İranın Rəcayişəhr zindanında daha 5 məhkum edam edilib.

2021-09-17

gun az article

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir

2021-09-17

gun az article

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü Ağrıdağa yürüşlə qeyd edilib

2021-09-17

gun az article

İran rəsmisi: “İbrahim Rəisi BMT-nin Baş Assambleyasında çıxış edəcək”

2021-09-17