SON XƏBƏRLƏR

İranlı deputat: “Vəziyyət belə getsə, Sistan-Bəlucistan əhalisi pişik və qarğa əti yeməyə məcbur olacaqlar”

2021.10.20, 07:36
İranlı deputat: “Vəziyyət belə getsə, Sistan-Bəlucistan əhalisi pişik və qarğa əti yeməyə məcbur olacaqlar”

Gunaz.tv

GünAzTV: İran parlamentinin Zahidandan seçilmiş millət vəkili Əlim Yarməhəmmədi, iyunun 4-də jurnalistlərə açıqlamasında Sistan-Bəlucistan əyalətindəki kütləvi yoxsulluqdan,  kəndlərdə yaşayan insanların qida çatışmamazlığından əziyyət çəkməsindən və əyalətdə baş alıb gedən quraqlıqdan danışıb.

 

Deputat bildirib ki, Sistan-Bəlucistan əyalətində kütləvi yoxsulluq və insanların düzgün qidalanmaması əhali arasında cürbəcür xəstəliklərin yayılmasına gətirib çıxarıb: “Hazırda əyalət əhalisinin 75 faizi qida çatışmamazlıqdan əziyyət çəkirlər. Əyalət kəndlərində yaşayan insanların içməyə suyu, yeməyə çörəyi belə yoxdur. Onların məişət durumu çox ağırdır və təəssüflər olsun ki, buna fikir verən də yoxdur.

 

Vəziyyət o qədər ağırdır ki, Sistan-Bəlucistan əyalətində əhali arasında geniş yayılmış hər cürə xəstəliklərə rast gəlmək mümkündür. Bunu inkar etmək artıq mümkün deyil. Hətta əyalətin mərkəzi sayılan Zahidan şəhərində belə, 350 min nəfər təmiz içməli sudan məhrum qalıb. Şəhərin bir çox məhəllələrində əhaliyə tankerlərlə su çatdırılır. Mən bunları öz gözlərimlə görmüşəm. Durumun belə ağır olmasını, əhalinin qıda çatışmamazlığından əziyyət çəkməsini nəzərə alaraq, hesab edirəm ki, vəziyyət belə getsə, insanlar, xüsusən də kəndlərdə yaşayan əhali ölməmək üçün pişik və qarğa əti yeməyə məcbur olacaqlar.

 

Bir millət vəkili olaraq, bunları demək mənim borcumdur. Lakin millət vəkili təkbaşına əlinə lapatka və külüng alıb bu əyalətin kəndlərinə su çəkə bilməz ki. Bəs hökumət hara baxır və niyə bir iş görmür”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar