İranlı diplomat Əfşar süleymani M.C.Zərifə süallar ünvanlayıb

2020-11-03 14:35

İranın Xarici İşlər Nazirinin müavini Abass Əraqçının Qarabağ münaqişəsi ilə bağlı “yeni sülh planını” təqdim etmək üçün Bakı, Moskva, İrəvan və Ankaraya səfərindən iki gün sonra, İİR-nın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif “Qarabağ müharibəsində terrorist qüvvələrin iştirakından” əmin olduqlarını və bu məsələni Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə rəsmilərinin diqqətinə çatdırdıqlarını bildirib. O qeyd edib ki, İran belə bir iştirakı qəbul etməyəcəkdir.

Gunaz.tv Quote | Gunaz article

İran İslam Respublikasının Azərbaycan Respublıkasındakı keçmiş səfiri Əfşar Süleymanı M.C.Zərifin bu çıxışı ilə bağlı nazirə bir neçə süal ünvanlayıb.


Keçmiş səfir soruşur:

 

1-    Bu mövzunu niyə Abbas Əraqçının bu ölkələrə səfərindən öncə açıqlamırdınız?


2-    Bu fikirin indi səsləndirilməsi təklif etdiyiniz “sülh planı”nın Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə tərəfindən qəbul edilməməsindənmi irəli gəlir?


3-    Niyə ehtimallara söykənirsiniz? Əgər bu haqda həqiqi bilgi və faktlarınız varsa nədən açıqlamır, ölkənin sərhədləri yaxınlığında terrorist quruplaşmaların olduğu barədə İran xalqını məlumatlandırmırsınız? 


4-    Müharibənin başlamasından keçən müddət ərzində İran silahlı qüvvələri yaraqlı terrorçuların İran tərəfə atəş açdıqları ilə bağlı hansısa fakt qeydə alınıb vəya  onlardan biri İran qüvvələri tərəfindən saxlanılıb?


5-    Məgər İranla qonşu ölkələrin sərhəd bölgələrinin nəzarəti və mühafizəsi həmin ölkələrin vəzifəsi deyilmi? Hazırda Azərbaycanın İranla 132 km sərhəd zolağı, Zəngilan və Xudafərin bölgəsi Azərbaycan Ordusu tərəfindən azad edilib. Azərbaycan Respublikasının Prezidenti bildirdi ki, bundan sonra bu sərhəd bölgələrinin müşahidə və mühafizəsi ilə bağlı məsuliyyət Azərbaycan dövlətinin üzərinə düşür. Prezident bu bölgələrin azad edilməsi münasibətilə Azərbaycan və İran xalqını təbrik edərək bildirdi ki, yaxın gələəcəkdə iki ölkə vətəndaşlarının, özəlliklə sərhədyanı bölgədə yaşayan insanların adı çəkilən sərhədlərdən gediş-gəlişinin təmin olunması həmin sərhəd ərazilərinin inkişafna səbəb olacaq. 


6-    Niyə 27 il müddətində Azərbaycanın adı çəkilən sərhəd əraziləri Ermənistanın işğalı altında idi və bu bölgələrdə ermənilər tərəfindən qeyri-qanuni şəkildə həyata keçirilən fəaliyyətlərə İran tərəfi etiraz etmirdi?

 

İndi teroristlər bizim sərhədlərimizdə deyillər. Ancaq onların bizim sərhədlərimizdən məsafəli şəkildə mövcudluq etimalı var.
 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

"O təbrizlidir, söz anlamaz"-İranın rəsmi televiziyası azərbaycanlıları təhqir etdi

2021-06-21

gun az article

Urmu gölünün səviyyəsi yenə azalıb

2021-06-21

gun az article

Güneyli fəal Salar Tahir Əfşar Urmu həbsxanasına qayıdıb

2021-06-20

gun az article

Xoyda əməliyyat: Külli miqdarda heroin aşkar edilib

2021-06-19

gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu şəhər şurası seçkilərini qazandı

2021-06-19

gun az article

Güney Azərbaycanda koronavirusdan öllənlərin sayı açıqlandı

2021-06-19

gun az article

Urmu gölünün quruması barədə yenidən xəbərdarlıq edilib

2021-06-19

gun az article

Edama məhkum olunan azərbaycanlı alim Əhməd Rza Cəlalinin yeri dəyişdirilib-Vəkilindən açıqlama

2021-06-19

gun az article

"İranda əhalinin yalnız 22% -i seçkilərə qatılıb"- Sorğunun nəticələri açıqlandı

2021-06-19

gun az article

"Urmu Birlik Səsi” koalisiyası şəhər şuraları seçkilərində qalib gəldi

2021-06-19

gun az article

Urmuda seçki məntəqələrində qarşıdurma baş verib-VİDEO

2021-06-19

gun az article

İranda seçki: "Prezident seçimləri iqtisadi böhran və nüvə gərginliyi fonunda keçirilir"

2021-06-19

gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19

gun az article

GünazTV June.18.2021: Körpü: Batı Azərbaycanda şəhər şura seçkiləri

2021-06-19

gun az article

İran Zəngəzurda iki tunel tikməyi planlaşdırır

2021-06-18

gun az article

İranda silahlı insident: Qaşqay türkü hücuma məruz qaldı-FOTO

2021-06-18

gun az article

Gilanda həbslər olub: "Seçkini pozmaq" ittihamı ilə 27 nəfər saxlanılıb

2021-06-18

gun az article

Güney Azərbaycanın Şəbistər mahalında seçkilər dayandırıldı

2021-06-18

gun az article

Mərənddə siyasi məhbus Əlirza Fərşiyə dəstək şüarları yazılıb

2021-06-18

gun az article

İranda prezident seçkiləri: Səsvermə sönük keçir-VİDEO

2021-06-18