SON XƏBƏRLƏR

İranlı ekspert: “İki supergücün maraqları Ermənistanda toqquşur”

2021.10.20, 07:36
İranlı ekspert: “İki supergücün maraqları Ermənistanda toqquşur”

Gunaz.tv

GünAz TV: «ABŞ (Amerika Birləşmiş Ştatları) və Rusiya Ermənistanı qeyri-sabit vəziyyətdə saxlamaq məqsədilə bir-birilə rəqabət aparır».

Belə açıqlama ilə İranın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Mirqasim Momeni çıxış edib.

O bildirib ki, Kreml Ermənistanı regiondakı (bölgə) hərbi bazası (payqah) hesab edir, Vaşinqton isə İrəvanda qərbyönümlü hökumət qurmaq niyyətindədir. Bu baxımdan 2 supergücün maraqları Ermənistanda toqquşur. Bu isə birbaşa regionun ən mübahisəli məsələsi olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə (sürəc) təsir edir. İranlı ekspert (karşünas) hesab edir ki, sülh danışıqlarında həmsədrlərin vasitəçiliyinə ehtiyac yoxdur. «Azərbaycan və Ermənistan prezidenti arasında birbaşa danışıqlar baş tutsa, bu, daha səmərəli ola bilər. Nəinki ABŞ və ya Arvopanın vasitəçiliyilə. Həmsədr ölkələr regionda yalnız öz maraqları uğrunda mübarizə aparır. Onları Dağlıq Qarabağ münaqişəsinin həlli az maraqlandırır», -iranlı ekspert belə deyib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar