SON XƏBƏRLƏR

iranlı ekspert: İranın 10 yeni uranı zənginləşdirmə mərkəzi ilə bağlı bəyanatı təbliğat xarakterlidir

2021.10.20, 07:36
iranlı ekspert: İranın 10 yeni uranı zənginləşdirmə mərkəzi ilə bağlı bəyanatı təbliğat xarakterlidir

Gunaz.tv
İranın Milli Maraqlarının Müdafiəsi üzrə Təşkilatın baş katibi və nüvə məsələləri üzrə ekspert Səid Yari hesab edir ki, hazırda İranın 10 yeni uranı zənginləşdirmə mərkəzi ilə bağlı bəyanatı nəzəriyyə və proqram səviyyəsindədir və daha çox təbliğat xarakterlidir. "10 yeni uranı zənginləşdirmə mərkəzi ilə bağlı bəyanat təbliğat xarakterlidir. İran "5+1" ölkələrinin və MAQATE-nin Hakimlər Şurasının İrana qarşı sonuncu qətnaməsinə etiraz olaraq belə bir bəyanat yayıb və əməldə nüvə stansiyalarının inkişaf etdirilməsi sahəsində hələlik heç bir iş görməyib", - deyə Yari çərşənbə axşamı Tehrandan telefonla Trend News-a bildirib. Noyabrın 27-də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvlərinin (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa + Almaniya) İrana qarşı qətnamə layihəsi MAQATE-nin Hakimlər Şurasına təqdim olundu və sənəd 35 ölkədən 25 ölkənin səs çoxluğu ilə təsdiq olunub. İranın MEHR xəbər agentliyinin məlumatına əsasən, İran prezidenti Mahmud Əhəmədinejadın sədrliyi ilə Nazirlər Kabinetinin noyabrın 29-da keçirilən iclasında Əhmədinejad ölkənin Atom Enerji Təşkilatından tələb edib ki, iki ay ərzində öncədən tikilməsi üçün yer ayrılmış 5 yeni uranı zənginləşdirmə mərkəzinin tikintisinə başlanılsın və 5 yeni zavodun tikilməsi üçün isə, münasib yerlər ayrılsın. İclasdan sonra İranın Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi yeni zavodların dağların içində tikiləcəyini bildirib. Yari hesab edir ki, İran yeni uranı zənginləşdirmə zavodlarını tikməyə texniki cəhətdən qadirdir, lakin bunu MAQATE-nin nəzarəti ilə həyata keçirəcək. "İran bu sahədə ciddi qərar qəbul etmişsə, MAQATE-yə xəbər verəcək", - o deyib. MAQATE-nin Hakimlər Şurası noyabrın 27-də İranın Qum şəhəri yaxınlığında yeni uranı zənginləşdirmə zavodunun tikilməsini "gizli" saxlamasını pisləyərək, obyektin işlərinin dayandırılmasını tələb edib. İran rəsmiləri MAQATE qətnaməsini qəbul etməyərək deyiblər ki, İranın uranı zənginləşdirmə proqramını dayandırmayacaqlar. İran uranı zənginləşdirmə proqramının davam etdirməsində məqsədin nüvə stansiyalarının yanacaqla təmin edilməsi olduğunu bildirib. lakin Qərb ölkələri İranı sülh yönlü nüvə proqramı adı ilə atom bombası istehsal etməkdə ittiham edirlər. ABŞ bildirib ki, İran cari ilin sonunadək BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvi + Almaniyanın nüvə proqramına dair təklifinə müsbət cavab verməzsə, İrana qarşı sanksilayarı daha da artıracaq. Yari hesab edir ki, 10 yeni uranı zənginləşdirmə mərkəzinin tikilməsi üçün milyardlarla dollar vəsait və bacarıqlı işçi qüvvəsi lazımdır. "Hazırda İran bu proqramı nəzəriyyə, layihə və proqram kimi bəyan edib, lakin icrasına gəldikdə həmin zavodların tikilməsi üçün böyük büdcə lazımdır. Milyardlarla dollar vəsait, yüksək ixtisaslı işçi qüvvə və çox geniş təchizat lazımdır", - o deyib. İranlı ekspert İranın MAQATE -nin nəzarəti olmadan heç bir iş görməyəcəyi qənaətindədir. "Əgər İran bu layihələri həyata keçirmək istəyərsə, 10 yeni zavodun tikilməsi üçün lazım olan işçi qüvvəni, büdcəni və təchizatı nəzərə alacaq və MAQATE-nin nəzarəti altında öz işini görəcək", - Yari deyib. Yarinin fikrincə, MAQATE-nin nəzarəti ilə yeni zavodların tikilməsində qanuni baxımdan heç bir maneə yoxdur. Lakin ABŞ-ın yüksək çinli rəsmisi noyabrın 30-da bildirib ki, İranın yeni uranı zənginləşdirmə zavodlarının tikilməsi layihəsi ABŞ üçün "qəbul olunmaz"dır. ABŞ-ın BMT-dəki nümayəndəsi Suzan Rays ötən gün İranın yeni uranı zənginləşdirmə zavodlarının tikilməsi layihəsinin "qəbul olunmaz" olduğunu vurğulayaraq deyib ki, bu iş İranın daha çox təcrid olmasına səbəb olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar