İranlı kinorejissor Babək Xürrəmdin qətlə yetirilib - YENİLƏNİB

2021-05-17 15:22

İranlı kinorejissor Babək Xürrəmdin mayın 16-da atası tərəfindən qətlə yetirilib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, Tehran Cinayət Məhkəməsinin sədri Məhəmməd Şəhriyari bu gün mediaya açıqlamasında məlumat yayıb.


O deyib ki, 47 yaşlı kinorejissorun atası oğlunun qətlinin məsuliyyətini öz üzərinə götürüb.


“Babək Xürrəmdinin atası öz etirafında bildirib ki, o oğlunu əvvəlcə bihuş edib, sonra isə onu doğrayaraq cəsədinin qalıqlarını evin yaxınlığındakı zibil yeşiyinə atıb. Ata ilk dindirmədə oğlunun subay olmasının aralarında ixtilafa gətirib çıxardığını bildirib. Hazırda qətlin səbəbi araşdırılır”, -deyə Tehran Cinayət Məhkəməsinin sədri Məhəmməd Şəhriyari bildirib.


Kinorejissorun qətlinin səbəbi hələlik bəlli olmasa da, yayılan bəzi məlumatlarda qətlin ailədaxili münaqişə və ata-oğul araslnda yaşanan ciddi ixtilaf üzündən baş verdiyi bildirilir. 


Yayılan məlumata əsasən, Babək Xürrəmdin bir neçə qısa və uzun bədii filmin müəllifidir. Onun mühüm əsəri isə 2013-cü ildə xaricdə təhsil aldığı vaxtda tələbə həyatı təcrübəsindən ilhamlanaraq çəkdirdiyi “Yaşar üçün mərsiyə” adlı bədii əsərdir. Bu filmdə tələbə vizası ilə Londona səfər edən Yaşar adlı bir iranlı türkün mühacirətdəki gündəlik həyatından, onun kolleci bitirdikdən sonra qürbətdəki ağır maddi durumundan, ailəsi haqqında qayğılarından və ölkəyə qayıdıb-qayıtmamaq barədəki tərəddüdündən bəhs edilir. 

Yayılan son məlumata görə, qətldə kinorejissorun anası da iştirak edib. Hazırda ata-anaın övladlarına qarşı törətdiyi birgə cinayətə görə həbs edildiyi vurğulanır. 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Əhmədinejad: “ETTELAAT Nazirliyində İsrail üzrə ən yüksək kəşfiyyat məmurunun özü İsrail casusu çıxdı”

2021-06-13

gun az article

Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”

2021-06-13

gun az article

Mirhüseyn Musəvi prezident seçkilərini boykot edib: "Təslim olmaq istəməyənlərin yanında olacağam"

2021-06-13

gun az article

Türkiyə səfiri: Ərdoğanın Şuşaya səfərinə hazırlıq davam edir

2021-06-13

gun az article

Peyvəndin ikinci dozasından sonra Putinin temperaturu yüksəldi

2021-06-13

gun az article

Paşinyan gülünc vəziyyətə düşdü

2021-06-13

gun az article

ABŞ Azərbaycanın humanitar addımını alqışladı

2021-06-13

gun az article

AVRO-2020: Belçika millisi Rusiyanı darmadağın edib

2021-06-13

gun az article

Ermənistan Ağdamda basdırılmış minaların xəritəsini Azərbaycana təhvil verdi

2021-06-12

gun az article

Paşinyan müxalifəti təhqir etdi, xalqı meydanlara çağırdı

2021-06-12

gun az article

Bu gün İranda prezidentliyə namizədlərin 3-cü debatı keçiriləcək

2021-06-12

gun az article

Akademik Çingiz Qacar vəfat edib

2021-06-12

gun az article

Azərbaycanda bəzi şəxslərə vaksinin üçüncü dozası vurulacaq

2021-06-12

gun az article

Prezident seçkiləri: "Seçki qərargahlarında çirkli pullar dolaşır- Azərbaycanlı namizəd

2021-06-12

gun az article

İlham Əliyev: "İtaliya bizim təbii qaz üçün əsas bazarlardan birinə çevrilir"

2021-06-12

gun az article

İranın Kirman əyalətində ağır yol qəzası: Bir ailənin 5 üzvü ölüb

2021-06-12

gun az article

"Televiziyalarımız oyanış prosesində mərkəz rolunu oynamalıdır"-Elnur Eltürk

2021-06-12

gun az article

Laçının Kamallı kəndindən görüntülər - VİDEO

2021-06-12

gun az article

İranın Şimali Xorasan əyalətində 4,3 bal gücündə zəlzələ olub

2021-06-12

gun az article

Azərbaycan nefti 74 dollara yaxınlaşır

2021-06-12