SON XƏBƏRLƏR

İranlı millət vəkili: “Həsən Ruhani bir neçə milyard riyala görə izahat versin!”

2021.10.20, 07:36
İranlı millət vəkili: “Həsən Ruhani bir neçə milyard riyala görə izahat versin!”

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin deputatı Əlirza Səlimi prezident Həsən Ruhanini gələn il (1398-ci il-red.) üçün nəzərdə tutulan büdcə layihəsində Prezident Aparatına ayrılacaq vəsaitin cari illə müqayisədə 3 dəfə çox olmasına görə kəskin tənqid edib.

 

O bildirib ki, Həsən Ruhani bu pulların hara sərf olunacağı və Administrasiyanın nə işlər görəcəyi barədə izahat verməlidir.

 

Səlimi Prezident Aparatından və Həsən Ruhanidən bütün bu qaranlıq məqamları aydınlaşdırmağı, gələn il görəcəkləri işlərlə bağlı izahat verməyi tələb edib.

 

Qeyd edək ki, İran Milli Məclisi hazırda 1398-ci il üçün nəzərdə tutulmuş büdcə layihəsini müzakirə edir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar