SON XƏBƏRLƏR

İranlı nazir: “Amerikanın İrana qarşı yeni sanksiyalarının tətbiqi, ölkədə 1 milyon insanın işsizliyinə səbəb olacaq”

2021.10.20, 07:36
İranlı nazir: “Amerikanın İrana qarşı yeni sanksiyalarının tətbiqi, ölkədə 1 milyon insanın işsizliyinə səbəb olacaq”

Gunaz.tv

GünAzTV: İranın əmək naziri Əli Rəbii avqustun 4-də jurnalistlərə açıqlamasında Amerikanın İrana qarşı tətbiqinə başlamaq istədiyi yeni sanksiyalardan və bunun ölkənin bəzi sənaye sektorunun fəaliyyətinə göstərəcəyi mənfi təsirindən danışıb.

 

Nazir bildirib ki, hökumət ölkənin hazırkı ağır iqtisadi durumu barədə millətlə şəffaf danışmalı, mövcud çətin vəziyyəti onlara açıqlamalıdır: “Amerikanın İrana qarşı tətbiq etmək istədiyi yeni sanksiyalar nəticəsində bu ilin sonuna qədər, yəni 2019-cu il, martın sonuna qədər ölkə və millətimiz ağır iqtisadi təzyiqlərlə üzləşəcək. Təxmin edilir ki, yeni sanksiyalar bu ilin sonuna qədər (yəni Novruz bayramına qədər) ölkənin bəzi sənaye sektorunun fəaliyyətinin dayandırılmasına və ən azı 1 milyon insanın işsiz qalmasına gətirib çıxaracaq.

 

Hesab edirəm ki, biz millətlə sadiq olmalı, mövcud çətin şəraitlə bağlı onlarla səmimi şəkildə  danışmalıyıq. Biz, millətə gerçək bir savaşa girdiyimizi açıqlamalı, insanların hökumətə olan etimadını cəlb etməli və mövcud ağır iqtisadi vəziyyəti onlara şərh etməliyik”.

 

Qeyd edək ki, Amerikanın İrana qarşı yeni sanksiyalarının bir qisminin tətbiqinə avqustun 6-da  başlanılacaq. Vaşinqtonun Tehrana qarşı ən təhlükəli sanksiyasının, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən etibarən başlanılacaq. Amerika rəsmiləri dəfələrlə bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək niyyətindədirlər.

 

A.M    

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar