SON XƏBƏRLƏR

İranlı rəsmi: "Ökədə qida və geyim ala bilməyəcək qədər kasıb əhalinin sayı dəhşətli dərəcədə çoxdur"- FOTO

2021.10.20, 07:36
İranlı rəsmi: "Ökədə qida və geyim ala bilməyəcək qədər kasıb əhalinin sayı dəhşətli dərəcədə çoxdur"- FOTO

Gunaz.tv

GünAz TV: İranın İmdad Komitəsinin rəhbəri Murtuza Bəxtiyari ölkədə qida və geyim kimi zəruri ehtiyacları qarşılaya bilməyən insanların sayının şok həddə çatdığını deyib.

 

O, bu gün iştirak etdiyi elmi kofranslardan birində etdiyi çıxış zamanı rəhbərlik etdiyi komitənin 2017-ci ildə 32 rayon üzrə apardığı araşdırmalar nəticəsində dəhşətli statistikanın əldə edildiyini bildirib. Murtuza Bəxtiyari rəqəmləri və detalları daha geniş açıqlamasa da, qeyd edib ki, ölkə büdcəsi insanların ehtiyaclarının yalnız 46.7%-ni əhatə edir.

 

 

Xatırladaq ki, İran prezidenti Həsən Ruhani dekabrın 11-də Nazirlər Kabinetinin iclasında hər il kəskin kasıblıqla mübarizə büdcəsini "artırdıqlarını" demişdi. O, həmçinin İmdad Komitəsinin rəhbərinə istinadən ölkədə "kəskin kasıblığın olmadığını" iddia etmişdi.

 

 

Digər tərəfdən, 2016-cı ilin sentyabr ayında o dövr İmdad Komitəsinin rəhbəri ölkə əhalisinin ən azı 10-12 milyonunun kəskin kasıblıq həddində yaşadığını, qida və geyim kimi zəruri ehtiyaclarını qarşılaya bilmədiyini demişdi. O, həmçinin qeyd etmişdi ki, insanların rifah halını yüksəltmək istəyiriksə, nəzərə almalıyıq ki, kəskin kasıblıq vəziyyətinə yaxın həddə yaşayan insanlarla birlikdə bu rəqəm 16- 20 milyon nəfərə arasındadır.

 

 

Ölkədə kəskin kasıqlıq halının sıfıra endiyini tez-tez iddia edən iranlı rəsmilər 2 il ərzində bunu hansı formada etdiklərini və detalları açıqlamırlar.

 

Qeyd etmək lazımdır ki, İran rejiminin şovinist siyasəti nəticəsində kəskin kasıblıq ən çox bəluclar, ərəblər və güney azərbaycanlıların yaşadıqları bölgələrdə geniş yayılıb. 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar