SON XƏBƏRLƏR

İranlı rəsmi: "Ölkədə koronavirus hələ ki, yüksəlmə mərhələsindədir"

2021.10.20, 07:36
İranlı rəsmi: "Ölkədə koronavirus hələ ki, yüksəlmə mərhələsindədir"

Gunaz.tv

GünAz TV: İran Səhiyyə Nazirliyinin İnfeksion Xəstəliklərə Nəzarət İdarəsinin rəhbəri Hüseyn İrfani koronavirusun ölkədə hələ də artma və pik həddə çatma mərhələsində olduğunu bəyan edib.

 

O, şənbə günü axşam yerli media orqanlarından birinə verdiyi müsahibədə bildirib ki, insanlar koronavirusun tamamən aradan qalxdığını və buna görə də rahat şəkildə istədikləri an evdən çıxa biləcəklərini düşünməməlidirlər.

 

İrfaninin sözlərinə görə, dövlətin bəzi fəaliyyət sahələrinə öz işlərinə yenidən başlamağa icazə verməsinə baxmayaraq, zəruri iş olmayanlar hələ də evdən çölə çıxmamalıdırlar.

 

İrfanidən öncə İran Səhiyyə Nazirliyinin İnfeksion Xəstəliklər Mərkəzinin rəhbəri Məhəmmədmehdi Quya isə 6 əyalətdə infeksiyaya yoluxma hallarının son günlər artdığını bəyan etmişdi. O, həmin bölgələrin Tehran, Fars, Xuzistan, eləcə də Güney Azərbaycanın Zəncan, Şərqi və Qərbi Azərbaycan əyalətləri olduğunu demişdi.

 

Ölkədə koronavirus infeksiyasının hələ də kəskin şəkildə yayılmağa davam etməsinə rəğmən, İran rejiminin qərarı ilə aprelin 11-dən bütün əyalətlərdə, aprelin 18-dən Tehranda dövlət idarələri və bəzi özəl ticari fəaliyyət sahələri yenidən açılıb.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar