SON XƏBƏRLƏR

İranlı rəsmisi: “Ölkədə göbələkdən zəhərlənənlərin sayı 849 nəfərə, ölənlərin sayı isə 10-a çatıb”

2021.10.20, 07:36
İranlı rəsmisi: “Ölkədə göbələkdən zəhərlənənlərin sayı 849 nəfərə, ölənlərin sayı isə 10-a çatıb”

Gunaz.tv

GünAzTV: “İranda göbələkdən zəhərlənənlərin sayı 849 nəfərə, ölənlərin sayı isə 10-a çatıb”. Bunu, İranın Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi mayın 20-də jurnalistlərlə görüşündə açıqlayıb.

 

O bildirib ki, ölkənin müxtəlif əyalət və şəhərlərində zəhərli göbələkdən ziyan görənlərin sayı xeyli artıb: “Təəssüflər olsun ki, mayın 20-si, günorta saatlarına qədər ölkənin 10 əyalətində göbələkdən zəhərlənənlərin sayı 849 nəfərə, ölənlərin sayı isə 10-a çatıb. Səhiyyə Nazirliyi vətəndaşlara tövsiyə edir ki, göbələk alarkən, onun  nazirlik tərəfindən təsdiq edilməsi ilə bağlı üzərindəki markaya fikir versinlər və yalnız bu növ göbələklərdən alıb istifadə etsinlər”.

 

Muctaba Xalidinin bildirdiyinə görə, göbələkdən zəhərlənmə halları, İranın Kirmanşah, Loristan, Kürdüstan, Qərbi Azərbaycan, , Zəncan, İlam, Kohkiluye və Boyer Əhməd, Çaharmahal və Bəxtiyari,  Qəzvin və Fars əyalətlərində qeydə alınıb.

 

 

İranın hökumət saytlarının yaydığı xəbərə əsasən, göbələkdən zəhərlənərək xəstəxanaya yerləşdirilənlərdən 690 nəfəri ilkin müalicə aldıqdan sonra artıq evə buraxılıb və hazırda yalnız səhhəti ağır olan yalnız 149 nəfər xəstəxanalarda ciddi həkim nəzarətində saxlanılır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar